Türkiyənin məşhur müğənnisi Demet Akalın miqren xəstəliyindən əziyyət çəkməsi barədə açıqlama verib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ifaçı ötən günlərdə səhnəyə idman formasında çıxmasına səbəb xəstəliyi olduğunu bildirib.
Çoxlu həkim dəyişdirən ifaçı bu prosesi belə izah edib:
“Pəhrizdəyəm deyə təzyiqim düşüb, başım fırlanır. Xeyli dərman qəbul edirəm, kökəlmişəm. Eybi yox, 100 kilo olum, təki bu ağrılardan qurtulum”.