Müğənni Elnur Məmmədov 10 il sonra ata olması barədə danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə "Günün sədası" verilişində söz açıb:
"Dünyanı gəzdim, milyonlar tökdüm. Sadəcə, bunun açıqlamasını bilmək üçün. Mənim üçün ismətli ailənin olması var-dövlətdir. Allah qarşısında baş əyəndə, deyirəm ki, şükür, mənə ismətli ailə nəsib etdin, doğrultdun. Mənə ömrümün axırına kimi övlad verməsən belə çox xoşbəxtəm. Çünki istəyərək seçdiyim ömür yoldaşım var. Amma yenə də hər dəfə Allahla danışanda dua edirdim ki, mənim də ailəmdə övladım olsun. Atam, anam mürvətimi görsün.
Dünyanı gəzib həkimlərə gedirdim. Azərbaycanda həkim yanına getmirdim. Çox üzr istəyirəm, 5-ə yaxın övladım olub, qalmayıb. Qismətdir, taledir. Övladım dünyaya gələnə qədər də beşik almağa ürək etmirdim. Deyirdim, alaram, bu da boşa gedər. Amma bir həkim məni doğru yönəltdi. Hər bir şeyə qədər yoxlanıldı. Cüzi bir problemdən 10 ildir əziyyət çəkirmişəm.
Milyonlar tökdüm, elə məqama gəldim ki... Pandemiyada müğənnilər çökdü. Dilə gətirmədim, amma o demək deyil normal idim. Həkimə zəng etdim ki, Allaha buraxdım".
Qeyd edək ki, Elnur 2011-ci ildə ailə həyatı qurub. Müğənni bu ilin noyabrında ata olub. O, övladına İnam adını verib.