Emin Ağalarovun Bakı şousu –
Tanınmış müğənni və bəstəkar Emin Ağalarov iyulun 13-də Yaşıl Teatrda geniş konsert proqramı ilə çıxış edib. Lent.az-ın məlumatına görə, xeyriyyə məqsədi ilə təşkil olunan konsertə Emin “Eurovision-2012” mahnı müsabiqəsinin final mərhələsində ifa etdiyi “Never enough” mahnısı ilə başlayıb. Müğənni ənənəvi olaraq, özünün hit mahnılarını səsləndirib, daha sonra “After the Thunder” albomuna daxil olan mahnıları təqdim edib. Bakıdakı konsertlərinin onun üçün önəmli və həyatında böyük əhəmiyyət daşıdığını deyən müğənni yeni “After the Thunder” albomu haqqında da danışıb. Bildirib ki, sözügedən albom dünyanın bir çox ölkəsində təqdim ediləcək.
Konsertdə Azərbaycanın “Eurovision 2012” təmsilçisi Səbinə Babayeva müsabiqədəki “When the music dies” mahnısını səsləndirib.
Bakıda keçirilən 57-ci “Eurovision” mahnı müsabiqəsində Emin Ağalarov ilə birgə final şousunda çıxış edən Bakı Simli Kamera Orkestri möhtəşəm musiqi şousu nümayiş etdirib. Müğənninin SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin repertuarından da mahnı səsləndirməsi xüsusilə yadda qalan olub. Emin hər zaman Müslüm Maqomayevdən nümunə götürüb, sənətindən zövq aldığını etiraf edib.
Anşlaqla keçən konsert tamaşaçıların sürəkli alqışı ilə qarşılanıb.
Jalə

766