Rövşən Civişov: “Flora xanım bəzi yaşlı müğənnilər kimi paxıl deyil”
24 sentyabr 2011 11:49 (UTC +04:00)

Rövşən Civişov: “Flora xanım bəzi yaşlı müğənnilər kimi paxıl deyil”

“Discovery” müsabiqəsinin ən yüksək ödülünə layiq görülən Azərbaycanın gənc ifaçısı Rövşən Civişov xalq artisti Flora Kərimovadan sonra daha bir müğənni ilə də duet oxuyub. Bu, sevilən gənc müğənni Sevda Yəhyayevadır.

Yeni işləri barədə Lent.az-a danışan Rövşən Civişov bildirib ki, Sevda Yəhyayeva ilə birlikdə ifa etdiyi mahnı “Gəl” adlanır. Mahnının sözləri və musiqisi Esmiraldaya məxsusdur. Türkiyədə lentə alınan mahnıda ifaçıları Tarkanın musiqiçiləri müşayiət edib. Bek-vokalları isə Abbas Əliyev səsləndirib: “Sevda çox istədiyim, sənətinə, özünə hörmət etdiyim ifaçıdır. Onunla duet oxumaq xoş oldu. Məncə, dinləyicilər bəyənəcək. Mahnı olduqca moderndir, pop-alaturka stilindədir. Mahnını artıq lentə almışıq, ancaq hələ heç bir radioya təqdim etməmişik. Misirdə bu mahnıya klip çəkdirmək fikrimiz var”.

Gənc ifaçı bu dueti Türkiyədə işıq üzü görəcək yeni albomuna daxil edəcəyini bildirib. O, Flora Kərimova ilə duetlərin davam edəcəyini də vurğulayıb: “Bəzən şayiə yayırlar ki, guya Flora xanımla daha duet oxumuram. Xeyr, bu elə deyil. Flora xanım Sevda ilə duet oxumağımı da çox yaxşı qarşıladı. Çünki bəzi yaşlı müğənnilər kimi paxıl deyil.
Onun necə böyük sənətkar olduğunu deməyə ehtiyac yoxdur. Müəllimim, yol göstərənimdir. Onun hər sözü mənim üçün qanundur”.

Rövşən Civişovun sözlərinə görə, Flora xanımla yeni duetlər də yazdırır. Hətta onlardan biri fransız dilində olacaq. Bundan başqa məhz Flora Kərimova ilə birlikdə ifa etdiyi mahnılardan ibarət disk buraxacaq. “Bu sevgiyə dözüm yox” mahnısına isə 10 gündən sonra klip çəkilişləri başlayacaq.

Banu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1218

Oxşar yazılar