İlqar Safat III Beynəlxalq Audiovizual Antropologiya Kino Festivalında
Rejissor İlqar Safatın “Səma kökləri” adlı sənədli filmi “Etnoqrafik kino günləri” III Beynəlxalq Audiovizual Antropologiya Kino Festivalının proqramına daxil edilib.
Bu barədə Lent.az-a Nərimanfilm kinostudiyasından məlumat verilib: “Festival 2011-ci il sentyabr ayının 24-dən 30-dək olan müddət ərzində Moskva şəhərində baş tutacaq”.
“Səma kökləri” - udegey şamanizmi haqqında sənədli filmdir. Filmdə şamanın ölmüş insanın ruhunu axirət dünyasına necə ötürməsi haqqında danışılır. Udegeylər - Rusiyada Uzaq Şərqdə yaşayan azsaylı xalqdır (təxminən 2000 nəfər).
“Etnoqrafik kino günləri” Beynəlxalq Audiovizual Antropologiya Kino Festivalı Moskvada artıq üçüncü dəfə iştirakçıları və qonaqları qəbul edir. Kinofestival Rusiya Kulturologiya İnstitutu ilə D.S. Lixaçev adına Rusiyanın Mədəni və Təbii İrsi Elmi-Tədqiqat İnstitutunun əməkdaşlığı nəticəsində və həmçinin, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
Lalə Yusifqızı

Oxşar yazılar

Məşhur reper yeni klipi ilə şok yaratdı
12 may 2025 , 18:53
Hollivudun ən uzun boylu aktyorları
12 may 2025 , 17:01
“Anarı öldürdülər, indi də nəvəmi rahat buraxmırlar” - Anar Nağılbazın anası -VİDEO
12 may 2025 , 15:29
Röya Ayxan Zaur Baxşəliyəvə SÖZ ATDI
12 may 2025 , 11:52
11 yaşlı aktrisanın ölüm səbəbi bəlli oldu
12 may 2025 , 09:48
Azərbaycanın Xalq artistinin keçmiş arvadı axtarışa verildi
11 may 2025 , 12:45
Bill Qeyts bütün sərvətini yoxsul və xəstələrə verəcək
10 may 2025 , 19:33