İlqar Muradov “döydüyü” qohumunu üzə çıxardı - FOTO
“Yeni Ulduz” Mahnı müsabiqəsindən populyarlaşan Cahangir Qurbanov doğum günündə ilk diskini, klipini və saytını jurnalistlərə təqdim edib. Lent.az-ın məlumatına görə, tədbirdə məlum olub ki, müğənni İlqar Muradovun yaxın qohumu imiş. Mərasimdə iştirak edən İlqar Muradovla yanaşı şair Vahid Əziz, bəstəkarlar Ruhəngiz Qasımova və Xanım İsmayılqızı, müğənni Kəmalə Rəhimli, Lalə Məmmədova, rejissor Kənan M.M və başqaları iştirak edib.
İlqar Muradov səs tembrinə və xarici görünüşünə görə özünə çox bənzəyən Cahangir haqqında razılıqla danışıb: “Cahangirin səsi nadir səslərdəndir. Onu çox bəyənirəm. Ona görə yox ki, qohumumdur. Cahangir uşaqlıqdan məni dinləyib. Səs tembrlərimizin bənzərliyi təqlid deyil, sadəcə ifa texnikamı yaxşı mənimsəyib. Amma bu səviyyəyə gələnə qədər onu çox döymüşəm”.
İlk olaraq Cahangir Qurbanovun “Sevdim səni” klipi nümayiş olunub. Klip Ramiz Rövşənin sözlərinə Xanım İsmayılqızının bəstələdiyi “Sevdim səni” mahnısına çəkilib. Klipi tanınmış klipmeyker Kənan M.M ekranlaşdırıb. Musiqi çarxında müğənni öz uşaqlıq sevgisinin xatirəsinə dalaraq ötən günləri xatırlayır. Uşaqlıq illərini Nihad Hüseynov və Cahangir Qurbanovun qızı Validə canlandırıb. Klipdə həmçinin Gürşad Məmmədov da rol alıb.
Klipin nümayişindən sonra rus dilində 15 mahnının yer aldığı “Serdse na dvoix” (İki nəfərlik ürək) adlı albom təqdim olunub. Alboma daxil olan mahnıların müəllifi Eldar Həsənovdur. Alboma Cahangir Qurbanovun Leyla Babayeva ilə duet oxuduğu “Bez tebya” (Sənsiz) mahnısı da daxil edilib.
Daha sonra müğənninin www.cahangir.az ünvanlı saytı təqdim olunub. Sayt üç dildə - Azərbaycan, rus və ingilis dilində fəaliyyət göstərir.
Qeyd edək ki, Cahangir Qurbanov musiqisevərlərə “Yeni Ulduz 9” televiziya yarışmasından tanış olsa da, daha öncədən bir neçə mükafata layiq görülüb. 1997-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Estrada və Caz” müsabiqəsinin qalibi olub, 2002-ci ildə keçirilən “İpək Yolu” Beynəlxalq Gənclər Festivalında “Qran Pri” mükafatına layiq görülüb və nəhayət 2009-cu ildə “Yeni Ulduz-9” yarışmasının qalibi olub. 2010-cu ildən “Ultras Production” ilə əməkdaşlığa başlayıb.
Lalə Yusifqızı

1672