Müğənni Rəhim Rəhimli dələduzlardan şikayətçidir
13 sentyabr 2011 10:31 (UTC +04:00)

Müğənni Rəhim Rəhimli dələduzlardan şikayətçidir

0
Aktiv internet istifadəçilərinin növbəti “hədəfi” müğənni Rəhim Rəhimli olub.


Onun adından “facebook” sosial şəbəkəsində səhifə açılıb və virtual ünsiyyət zamanı bir çox problem meydana çıxıb. Rəhim Rəhimli Lent.az-a açıqlamasında “facebook” şəbəkəsinin dələduzlarından şikayət edib. O, hazırda bu şəbəkədə səhifəsinin olmadığını və onun adına açılan səhifələrin saxta olduğunu söyləyib: “Mən hazırda “facebook”da yoxam. “Rehim Dostum” niki ilə daxil olan istifadəçi adımdan hər kəslə ünsiyyətə girir, insanları təhqir edir. İnanın mənə, o nə mənəm, nə də menecerim Şahindir. Kimdirsə, dələduzdur, onu tapsaq dərsini verəcəyik”.



Müğənni həm də kömək istəyib: “Facebook” istifadəçilərindən xahiş edirəm, mənim adım altında bu saytda oturan bütün şəxsləri adminlərə şikayət etsinlər ki, o səhifələr bağlansın”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2130

Oxşar yazılar