“Yaxşı Cazibə”nin “Simgə”si: “Burada məşhur və sevilən bir azərbaycanlı tanıdığımız var...” - FOTO
01 sentyabr 2011 13:07 (UTC +04:00)

“Yaxşı Cazibə”nin “Simgə”si: “Burada məşhur və sevilən bir azərbaycanlı tanıdığımız var...” - FOTO

Heyət dünən saat 5-də Bakıya gəlib. Hazırda onlar Bakının “Torqovı” meydanında “Yaxşı Cazibə” serialının çəkilişlərindədirlər. Serialın baş qəhrəmanlarından olan “Simgə” - Handə Katiboğlu Lent.az-a açıqlamasında Bakıda olmaqdan məmnun olduğunu, İstanbula özü ilə xoş təəssüratlar aparacağını deyib: “Təəssüratlarım olduqca gözəldir. Bakını çox bəyəndim. İnsanlar da cana yaxındır. İstanbul bu qədər təmiz deyil. Bakı tərtəmiz, yaşıllıqlar içindədir. Çox səliqəlidir. Bu baxımdan Bakını çox bəyəndim”.

“Simgə” Azərbaycanda çox populyar olduğuna Bakıya ayaq basdıqdan sonra inandığını deyib: “Mənə deyirdilər səni Azərbaycanda çox sevirlər. Hava limanından çıxan dəqiqələrdən məni tanımağa başladılar. Demək ki, çox sevilirik”.

Aktrisa gələn kimi Bakını gəzib: “Dünən Karvansarayda yemək yedik. Musiqilərinizə, yeməyə söz ola bilməz. “Torqovı”nı çox bəyəndik. Nişantaşıdan daha geniş və gözəldir. Bizim millət istiqanlıdır. Dilimiz bir olduğu üçün başqa ölkədə olduğumu hiss etmirəm. Elə bilirəm ki, Türkiyədəyəm. Binalar səliqə ilə düzülüb. Gözəl memarlıq abidələri var. Nigar Camalla tanış olacağıq. Burada ən məşhur və sevilən bir azərbaycanlı tanıdığımız var, o da Məlahət Abbasovadır”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar