“Kurtlar Vadisi”nin “İsgəndər Böyük”ü Azərbaycan serialında
Lent.az-ın yalquzaq.com-a istinadən xəbərinə görə, bir çox məşhur Azərbaycan və Türkiyə aktyorunun rol alacağı serial “Qaranlıqlar çiçəyi” adlanır.
İTV-də yayımlanması nəzərdə tutulan serialın əsas mövzusu eşq və intiqamdır. Uşaqkən atasının xaincəsinə öldürülməsinə şahidlik edən Lalə adlı qızcığaz böyüyəndə hüquqşünas sənətinə yiyələnib intiqam almaq fikrindədir. Lakin zaman öz işini görür və Lalə atasının qatili sandığı adama getdikcə aşiq olmağa başlayır. Daha sonra isə bəlli olur ki, qatil heç də onun sandığı adam deyilmiş. Həm Lalə, həm də qatil hesab edilən Samir böyük bir oyunun içində olduqlarını fərq etmirlər. Melodrama janrında çəkiləcək serial 39 hissədən ibarət olmaqla bu il sentyabrın 25-dən (və ya oktyabrın 5-dən) başlayaraq, İTV-nin axşam proqramlarında yayımlanacaq.
Filmin rejissoru Türkiyənin Kanal D televiziyasında yayımlanan “Aşk Yakar” serialının da rejissoru olan Mehmet Ulukan, operatoru isə “Kurtlar Vadisi”nin operatoru Bülent Özekdir.
Onu da qeyd edək ki, filmdə Azərbaycan tərəfdən Rasim Balayev, Səfurə Əlizadə, Günəş Mehdi, Nəsimi Mirzə, Abbas Qəhrəman, Zaur Şəfi, Arifə İslam və Vüqar Əlinin rol alması planlaşdırılır. Türkiyə tərəfdən isə “Kurtlar Vadisi Pusu”nun məşhur İsgəndər Böyük rolunun ifaçısı Mustafa Uzunlarla birlikdə Osman Albayrak, Mustafa Üstündağ (“Kurtlar Vadisi Pusu”da Muro), Bülent Şakrak, Begüm Kütük, Hüseyin Avni Danyal (“Kurtlar Vadisi Pusu”da Bulut), Ebru Özkan, Güler Ökten kimi tanınmış aktyorlar yer alacaq.

Oxşar yazılar

Röya Ayxan Zaur Baxşəliyəvə SÖZ ATDI
12 may 2025 , 11:52
11 yaşlı aktrisanın ölüm səbəbi bəlli oldu
12 may 2025 , 09:48
Azərbaycanın Xalq artistinin keçmiş arvadı axtarışa verildi
11 may 2025 , 12:45
Bill Qeyts bütün sərvətini yoxsul və xəstələrə verəcək
10 may 2025 , 19:33
Sakitlik və evi səs-küylü şənliklərdən üstün tutan ULDUZLAR
10 may 2025 , 13:23
Hollivudun ən səs-küylü ayrılığı: Eniston, Pitt və Coli üçbucağının PƏRDƏARXASI
9 may 2025 , 18:08
Kriştiano Ronaldonun sevgilisi “Met Gala”da cazibədar obrazda poza verdi -FOTOLENT
7 may 2025 , 19:20