“Yaxşı Cazibə”nin  “Simgə”si sirrini açdı
23 avqust 2011 13:17 (UTC +04:00)

“Yaxşı Cazibə”nin “Simgə”si sirrini açdı

Serialın Azərbaycanda sevilən obrazı real həyat tərzini eksklüziv olaraq Lent.az-a açıqlayıb: “Həyatda Simgə ilə heç əlaqəm yoxdur. Gündəlikdə makiyajsız gəzirəm. Hündürdaban ayaqqabı geyinmirəm, geyimlərimdə bər-bəzəyə üstünlük vermirəm. Ancaq xüsusi mərasimlərə gedəndə bəzənirəm. Heç də özünə baxan tiplərdən deyiləm. Təmizkaram”.

Serialda baxımlı görünüşü ilə diqqəti çəkən, makiyajdan bol-bol istifadə edən aktrisa deyib ki, kamera qarşısına makiyajsız çıxmaqdan çəkinmir: “Makiyajsız fotolarım var. Simgəyə heç oxşamıram. Marka geyimlərdən istifadə etmirəm. Ailəmə düşkün insanam.

Məşhur aktrisa Lent.az-ın fotoobyektivinə idman geyimində poza verib: “Aktyorluq özündən başqa birini oynamaq deməkdir. İlk əvvəllər bu rolu mənim oynayacağıma inanmayıblar. Bəzənib-düzənəndən, makiyaj edəndən sonra bunu bəlkə bacara bildim, dedilər. Adətən məşqlərə idman üslubunda gəlirəm. Bu qədər gözəlliyimə düşkün deyiləm, özümü min əcaib hala sala bilərəm. Hətta məni belə də çəkin: makiyajım yoxdur, idman geyimindəyəm”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1010

Oxşar yazılar