Azərbaycanlı modelin  3 toyu olacaq
19 avqust 2011 13:32 (UTC +04:00)

Azərbaycanlı modelin 3 toyu olacaq

Türkiyənin məşhur aktyoru Tolqa Korel ilə evlənməyə hazırlaşan model Lent.az-a açıqlamasında üç toy keçirəcəklərini bildirib: “Gələn həftə İstanbulda evlənirik. Daha sonra eşq adası sayılan Yunanıstanın İbiza adasında ikinci toyumuz olacaq”.

Cütlük sentyabr ayında Tolqa Karanın çəkiləcəyi “Osmanlı düyünü” serialının çəkilişlərində də evlənəcək. Gəlin və bəy Osmanlı dövrünün ab-havasını əks etdirən geyimlərdə qonaqların qarşısına çıxacaqlar.

Günay Musayeva evlənmək üçün müəyyən çətinliklərlə üzləşdiklərini, lakin bu işdə ona xeyirxah insanların kömək olduqlarını deyib: “Mən Azərbaycan vətəndaşı olduğumdan, Türkiyədə evlənmək üçün sənədləşmə lazım idi. Yardım üçün Qənirə Paşayevaya zəng etdim. Məni tanıdığını dedi və ikincilik qazandığım üçün təbrik etdi. Bu işdə millət vəkili Qənirə Paşayeva mənə yardımçı oldu. Ona sonsuz minnətdaram!”

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1075

Oxşar yazılar