İlhamə Quliyeva sevgilisindən danışdı - EKSKLÜZİV
18 avqust 2011 17:31 (UTC +04:00)

İlhamə Quliyeva sevgilisindən danışdı - EKSKLÜZİV

Azərbaycanın xalq artisti İlhamə Quliyeva dünən əyləncə məkanlarından birində doğum gününü qeyd edib. Lent.az-ın məlumatına görə, qonaqlar arasında ictimai xadimlər, sənətçilər və televiziya işçiləri də olub.

Sənətçilər arasında İlqar Muradov, Elza Seyidcahan, Natəvan Həbibi, Elnur, Ramal, Cavanşir Məmmədov, Yaqut Babayeva, Təranə Qumral , Nadir Qafarzadə, Samir Piriyev və başqaları olub. Məclisə gələnlərin əksəriyyəti sənətçiyə bahalı hədiyyələr və gül dəstələri ərməğan edib.

Doğum günü mərasimini tanınmış teleaparıcı Nanə Ağamalıyeva idarə edib. Qeyd edək ki, ötən il doğum gününə mətbuat işçilərini dəvət etməyən xalq artisti bu dəfə özünə yaxın mətbuat və televiziya işçilərini dəvət edib.

Qonaqlar hamısı məclisin əvvəlində bir neçə dəqiqəlik sükut ilə İlhamə Quliyevanın anası Tükəzban İsmayılovanın xatirəsini yad ediblər.

Təmtəraqlı doğum günündə tort kəsəndə bütün qonaqlar İlhamə Quliyevanın ətrafına toplaşıb. Nadir Qafarzadə etiraf edib ki, İlhamə Quliyeva ilə bir qədər gec dostluq etdiyi üçün çox peşmandır. Qafarzadə İlhamə Quliyevaya brilyant üzük, Aybəniz Güllər isə brilyant dəsti hədiyyə edib. Məclisdə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə də iştirak edib.

Xalq artisti gecədə həssas məqamlara toxunub: “Bütün xanımlar hər yaşda sevir və sevilir. Mən də o cümlədən sevirəm və sevilirəm. Bəli, sevdiyim var, lakin adını deməyəcəyəm!”

Ad günündə toplanan bütün gülləri İlhamə Quliyeva səhəri gün ana və atasının məzarına aparıb.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1289

Oxşar yazılar