Polad Alemdar və adamları məhkəməyə verildi
“Kurtlar Vadisi Fələstin” filminin səhnə tərtibatçısı Səlahəddin Orxan istehsalçı “Pana Film” şirkətini məhkəməyə verib.
Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, Türkiyənin Adana şəhərində aparılan çəkilişlərdə filmin bütün dekorasiya işlərini görmüş tərtibatçı məvacibinin 50 min lirəlik hissəsinin verilmədiyini bildirib və məhkəməyə müraciət edib.
“Pana Film”lə filmin çəkilməsi üçün işgəncə otaqları, kənd evləri, atışma səhnələri üçün ərazilər, həmçinin süni qüllə və.s tərtib edən Səlahəddin Orxana sonda almalı olduğu 80 min lirə pulun yalnız 30 minini veriblər. Bir neçə dəfə film şirkətinin menecerləri ilə görüşən tərtibatçı nəhayət çıxış yolunu məhkəməyə müraciət etməkdə görüb. Türkiyə mediasına açıqlama verən şikayətçi bunları deyib: “Filmlərdə qəhrəmanlıq göstərməklə igidlik olmur. İgidlik insanların alın təri və əməyinin qiymətini verməkdir”.

Oxşar yazılar

Röya Ayxan Zaur Baxşəliyəvə SÖZ ATDI
12 may 2025 , 11:52
11 yaşlı aktrisanın ölüm səbəbi bəlli oldu
12 may 2025 , 09:48
Azərbaycanın Xalq artistinin keçmiş arvadı axtarışa verildi
11 may 2025 , 12:45
Bill Qeyts bütün sərvətini yoxsul və xəstələrə verəcək
10 may 2025 , 19:33
Sakitlik və evi səs-küylü şənliklərdən üstün tutan ULDUZLAR
10 may 2025 , 13:23
Hollivudun ən səs-küylü ayrılığı: Eniston, Pitt və Coli üçbucağının PƏRDƏARXASI
9 may 2025 , 18:08
Kriştiano Ronaldonun sevgilisi “Met Gala”da cazibədar obrazda poza verdi -FOTOLENT
7 may 2025 , 19:20