Arzum yeni imicdə – FOTO
0
0
Müğənni Arzum istirahət fəsli olmasına baxmayaraq işlərinə fasilə vermək niyyətində deyil. İstirahətdən çox sənətinə vaxt ayıran gənc ifaçı yeni mövsümdə tamaşaçılara gördüyü işlərin hesabatını verəcək.
Arzumun Lent.az-a verdiyi məlumata görə, o, bu günlərdə kamera qarşısına keçərək, növbəti klipini ekranlaşdıracaq. Klip yeni işlənmiş formada ifa etdiyi “Yana-yana kül oldum” adlı xalq mahnısına çəkiləcək. Müğənni onu da qeyd edib ki, sözügedən ekran əsərində fərqli imicdə görünəcək.
Albom hazırlıqlarına başı qarışan sənətçi xarici ölkələrdən aldığı bir neçə təklifi də dəyərləndirməyi düşünür. Arzumun bu səbəbdən bir müddətlik ölkəni tərk etməsi də gözlənilir.
Banu