Cavan Zeynallı yeni klip çəkdirib
04 avqust 2011 16:34 (UTC +04:00)

Cavan Zeynallı yeni klip çəkdirib

0
Klipin rejissoru Nail Naiboğlu, operatoru Elmir Süleymanov, prodüseri Pərviz Oqtayoğlu, montajçısı Rəşad Həsənova aiddir.

Nail Naiboğlunun Lent.az-a verdiyi məlumata görə, çəkilişləri Bakı bulvarında aparılan klipdə Cavan Zeynallı ilə birlikdə 9 aktyor iştirak edib. Klip insan həyatının ayrı-ayrı yaşlarında keçirdiyi yaşantıları əks etdirir.

Rejissorun sözlərinə görə, Cavan Zeynallı ilə birlikdə işləmək ona zövq verib: “Çünki bir sənətkar kimi kamera qarşısında çox peşəkar oynayır. Düzdür, o, havaların isti keçməsinə görə, klipin çəkilişini sentyabr ayına saxlamaq istəyirdi. Ancaq mən rejissor kimi inadkarlıq göstərdim və klipi bu isti havalarda çəkdik”.

Nail Naiboğlu bildirib ki, klip avqustun 8-də Lider TV-nin “Klip parad” proqramında eksklüziv olaraq göstəriləcək.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 765

Oxşar yazılar