Aygün Kazımova yenidən imicini dəyişib -
Bu barədə Lent.az-a müğənnin meneceri Ülvi Hadıyev məlumat verib. “Extrem” layihəsi zamanı saçlarını qısa kəsdirən Kazımova konserti üçün saçlarını yenidən uzadıb: “Müğənni on ildir ki, qaynaq üçün İstanbulda eyni ustaya müraciət edir. Sadıq usta Türkiyənin super starı Ajda Pekkan, Bülənd Ersoy, Səda Sayan, Dəmət Akalın, Handə Yenər, Zərrin Özər kimi məşhurların saç ustasıdır”.
Konsertə gəlincə, menecer onu da deyib verib ki, Aygün Kazımova tamaşaçıları üçün xüsusi proqram hazırlayır. Müğənninin səhnə geyimlərini Türkiyədə yaşayan məşhur modelyer Ramazzo hazırlayacaq.
Xalq artisti ifa etdiyi “Yenə tək” mahnısına Türkiyənin superstarı Ajda Pekkanın da müraciət etməsinə münasibət bildirib: ““Yenə tək”in Ajda Pekkan tərəfindən ifa olunması məni çox sevindirib. O, mahnıya Ajda kimi yanaşıb. Bir çox türk müğənni bizim mahnılarımızı ifa edərək müğənnilərimizin adını açıqlamır. Ancaq Ajda Pekkan son albomunda yer alan “Yenə tək” mahnısının anonim olmadığını göstərib, müəlliflərinin adını yazıb. Bu, onun bir daha əsl peşəkar olmasını sübut edib”.
Lalə Yusifqızı

2395