Günay Musayeva: “Azərbaycanın müsabiqədə iştirakına özümüzünkü əngəl törədir” - QALMAQAL
Müsabiqənin rəsmi saytındakı siyahıda Azərbaycanın adı yoxdur. Səbəb isə Azərbaycanda keçirilən müsabiqənin qeyri-obyektiv olmasına dair iddiadır.
Bu il müsabiqədə iştirakı gözlənilən “Best model of Azerbaijan-2010” Günay Musayeva Lent.az-a açıqlamasında şübhə dolu məqamlara aydınlıq gətirməyə çalışıb. Model deyib ki, Azərbaycan bu il “Best model of the World” müsabiqəsində iştirak etməyə bilər: “Mənim müsabiqəyə getməyimlə bağlı hələlik heç nə məlum deyil. Bu sırf Bolqarıstanın qərarına bağlıdır. Digər qalib – “Best model of Azerbaijan-2010” Azər Atakişiyev bu problemi yaradıb. O müsabiqəyə şikayət məktubu yollayıb ki, guya onun Bolqarıstanda iştirakına mane olurlar. Mən də Azərin bu addımına görə problem yaşayıram. Bu dəqiqə nə olacağını deyə bilmərəm. Mən aylarla oturub bu müsabiqəni gözləmirəm. Qarşıda bir çox layihələrim var. Bir çox uğurlara imza atmışam və işlərimi davam etdirirəm. O ki qaldı Azərbaycan mətbuatında yazılanlara, baxıram ki, haqqımda bir çox şayiələr yazılır, problem çıxarmaq istəyirlər. Bunu nə üçün edirlər bilmirəm, amma müsabiqədə iştirakıma əngəl törətmək uğurlarıma əngəl yaratmaq deyil”.
Lalə

1443