Emin Ağalarov dünyanın 33 məşhur musiqiçisinin sırasında
Fond “I Tunes” rəqəmsal kompaniyası ilə əməkdaşlıq çərçivəsində “Download for good (Musiqi dünyanı yaxşıya dəyişir)” şüarı ilə disk satışını təşkil edir. Bu barədə Lent.az-a müğənni və iş adamı Emin Ağalarovun mətbuat xidmətindən məlumat verilib. Satışdan əldə olunan vəsait Devid Linç fonduna toplanacaq. Trek-listə dünyanın 33 məşhur sənətçisinin mahnısı daxil edilib. Onların sırasında Mobi, Alanis Morisett, Deyv Stüart, İqqi Pop, Nensi Sinatra, Piter Qabriel, Endi Sammers (“The Police” qrupu), Amanda Palmer, Maroon-5, Tom Uyts, Patrisiya Kaas və başqalarının adını görmək mümkündür.
Siyahıda azərbaycanlı sənətçi Emin Ağalarovun da adı var. Onun “Wonder” albomundan “All I Need Tonight” kompozisiyası 33 trekin arasındadır. Devid Linç deyib ki, siyahıda adları sadalanan incəsənət adamları öz yaradıcılıqlarını da vam etdirməklə yanaşı insanların da həyatını gözəlləşdirirlər.
Emin Ağalarov da öz növbəsində belə bir aksiyada iştirak etdiyi üçün xoşbəxt olduğunu deyib: “Fondun seçimi məni qürurlandırdı. Şadam ki, musiqim təmiz incəsənət və qlamur şou-biznesdə insanlara nicat, kömək kimi qəbul olunur. Bu fondda mənim də yardım payım olacağı üçün çox xoşbəxtəm. Ümid edirəm ki, dinləyicilərim, bu seçilmiş mahnılardan ibarət diski dinləyənlər Amerikanın məşhur musiqiçi və rejissorunun təşəbbüsünü qiymətləndirəcəklər”.
Lalə Yusifqızı

Oxşar yazılar

Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01