Müğənni Samirənin xalası oğlu: “Samirə acıdır, maraqsızdır...”- MÜSAHİBƏ
Lent.az-ın “Yaxın adam” rubrikasının növbəti qonağı müğənni Samirə Allahverdiyevanın meneceri, xalası oğlu Cabir Bədirxanlıdır.
- Neçə vaxtdır Samirə ilə işləyirsiniz?
- Yalan olmasın, beş-altı il var. Bəlkə də çox.
- Bilirəm ki, Samirə ilə qohumsunuz.
- Xalaoğlu-xalaqızıyıq. Demək olar ki, nəsildə ən yaxın münasibət bizdədir. Uşaqlıqdan Samirə ilə bir-birimizdən zəhləmiz gedib. Məni böyüdən elə Samirə olub. İndi də söz düşəndə deyir “ayağımda yatırdırdım, indi maşallah böyümüsən, üzümə qayıdırsan”.
- Neçə yaş fərqiniz var?
- Samirə 1977-ci ildəndir. Mənim 24 yaşım var. Samirə ilə təxminən 9 yaş fərqimiz var.
- Samirə estradanın əxlaqlı, nümunəvi müğənnisi olduğu kimi, həm də duzsuz, xoşa gəlməyən təsir bağışlayan, quru, istiqanlı olmayan müğənnisi hesab olunur. Çox insan bu düşüncədədir.
- Sizin Samirə ilə yaxınlığınız var?
- Yox.
- Deyim də, bunu nəyə görə söyləyirlər. Baxmayaraq ki, mən onunla qohumam, Samirə ilə nəfəs alıram, etiraf edirəm ki, çox adam onun maraqsız insan olduğunu deyir: “Samirə acıdır, maraqsızdır, adamı özündən itələyən biridir”. Ancaq belə dəyənlərin çoxu onu tanıyandan sonra fikrini dəyişib. Hətta özləri də etiraf ediblər ki, onun haqqında başqa fikirdə olublar. Bəstəkar Kəmalə Qasımovanı yəqin tanıyırsınız, onun Samirəni görməyə gözü yox idi. Televizorda görəndə kanalı çevirirdi. Çox zəhləsi gedirdi. Sonra tədbirlərin birində oturub söhbətləşdilər. Kəmalə həmişə “indiyədək peşmanam ki, səni tanımamışam, ən demə başqa bir aləm imişsən” deyir. Samirə ən pis insanın belə damarını tuta bilir. Mən elə deyiləm. Samirənin kimdən xoşu gəlmirsə, heç vaxt ona bildirmir ki, xoşu gəlmir. Əksinə, deyir, o pisdirsə, mən yaxşı olum. Yaxşı damarını tutum ki, onunla yaxşı yola gedim. Samirə duzsuzdur ona görə ki, açıq-saçıq geyinmir, söyüşlə danışmır. Həmişə yerini, danışığını bilən olub.
- Lakin rəfiqələrinin arasında açıq-saçıq olanlar, qalmaqal yaradanlar da var...
- Hə, var. Sənətdə ola bilər. Onun dostu çox deyil, yaxını var. Ən yaxın dostu Tünzalə Ağayevadır, ailəliklə yaxındırlar. Elnarədir, Röyanın özüdür.
- Yeri gəlmişkən, bu günlərdə Röya ilə onun arası dəymişdi...
- Yox, yalan söhbətdir. Röya efirdə dedi ki, bundan sonra öz duet ortaqları ilə uğurunu bölüşməyək. Süjetin fonunda onun Samirə ilə duetini verdilər, hamı elə bildi ki, o söhbətdir. Biz aydınlaşdırdıq. Tədbirlərin birində Röya da, Samirə da var idi. Röya həmişəki kimi Samirə ilə salamlaşdı, məsələni soruşanda dedi ki, o sözü Samirəyə deməyib: “O söz sənə aid deyil, kimə aiddirsə, onlara çatıb”.
- Özünüz də dediniz ki, Samirənin xoşu gəlməsə də, bütün insanlarla xoş rəftar edir. Yəni ekrana baxıb bilmək olmaz ki, onun dostu kimdir, düşməni kimdir. Onun xoşuna gəlməyən, hətta zəhləsi gedən adamlar var və ya çoxdur?
- Var. Niyə yoxdur? Xoşlamadığı, bəyənmədiyi var. İlk növbədə insana baxır, hamı sevməsə belə, nəsə yaxşı bir şey hiss edirsə, o adamı aşkarlamağa çalışır. Misal üçün çox adam Natəvan Həbibini sevmir. Samirə isə deyirdi ki, bir gün bu qızla dil tapacaq. Deyirlər ki, Natəvan həyasızdır. Lakin Nata əslində səmimi insandır. Vaxt keçdikcə Samirə ilə dostlaşdılar. Xoşu gəlməyən insanlarla heç salamlaşmır.
- Onun gizli qalmaqalları olub?
- Qalmaqal deməzdim, olub. O söz-söhbət yox, inciklik olub.
- Dava-dalaşa, müzakirəyə çevrilməyib?
- Yox. Samirə elə insan deyil axı. Samirə əksinə, dava görür, malalayır. O səviyyənin insanı deyil ki, ay sözümü deyim, kiminsə qarşısında susmayım. Bəlkə də o ibadət adamı olduğu üçün şou-biznes ab-havasına düşə bilməyib. Mən həmişə deyirəm: “Sən bataqlığın içindəsən, şou-biznesdəsən, çalışmalısan, lazım gələndə qırğına da çıxmalısan. Ya çıx get otur evdə, oxuma, ya da qayda-qanunlara uyğun davran”. O isə cavabında “Niyə ki? Allah mənə bu istedadı verib, sənətimdir, gəlir yerimdir bu səs” deyir. Sənət onun üçün vacibdir. Oxumasa, ürəyi partlayar. Deyir “qoy desinlər mən pisəm, quruyam, duzsuzam”.
- O, həm də gözəlliyi ilə diqqət çəkməyən müğənnidir. Samirənin efir kompleksləri var?
- Var. O, yaxınlarının, ailəsini içində başqa insandır. Həyatda çox gülən, danışan olsa da, ekranda çalışır ciddi olsun.
- Bir dəfə Samirə özü danışdı ki, həyat yoldaşı ona tapşırıb, ekrana çıxanda gülməsin, güləndə yaxşı görünmür, o isə ekrana çıxan kimi unudur və gülməyə başlayır. Sonra baxanda görür ki, güləndə çirkin görünür.
- Mən sənə deyim də...Ona həyat yoldaşı çox şeyi tapşırır, deyir bunu etməsin, onu etməsin, çıxır səhnəyə, o vaxt tamam başqa insan olur. Dəfələrlə olub ki, xəstəlikdən, qızdırmadan səsi çıxmayıb. Elə bir vəziyyətdə gəlib ki, bıçaq vursan qanı çıxmaz. Lakin səhnədə heç nə yadına düşməyib. Onun xasiyyətidir, saçını qulağının ardına ötürür. Səhnəyə işarələr göndərirəm, “belə etmə, yaraşmır”. 5 dəqiqə sonra unudub eyni prosesi təkrarlayır.
- Gizli rəqabəti var?
- Ağ paxıllıq ola bilər. Bilirəm ki, heç kimin evinə, bağına klipinə, verdiyi konsertə paxıllıq etmir.
- Bilirsiniz ki, müğənniyə pis gözlə baxırlar. Ən nümunəvi olanı da onlar üçün müğənnidir. Samirəyə pis münasibət, ismarıc, davranış olub ?
- Bir dəfə belə bir şey olub, o da üstüörtülü qaldı, söhbətin axırına çıxmadıq. Restoranların birində oxuyanda ofisiantla xəbər göndərdilər ki, Samirənin telefon nömrəsini istəyirik. Ofisiant da gəlib mənə yaxınlaşdı. Təbii o stola baxdım, ab-havanı, kimlərin olduğunu görüb dedim ki, getsin, Samirənın telefonu olmadığını desin. Ofisianta deyiblər ki, toyla bağlı danışmaq istəyirik. Mən də cavabında qayıtdım, problem deyil, meneceriyəm, nömrəmi götürün, yenə də israrla onun nömrəsini istədilər. Hiss elədim ki, başqa söhbətdir. Restorandan çıxanda zəng gəldi, yenə Samirəni istədilər, toy qiymətini soruşdular, mən səbirlə cavab verdim. Ondan sonra bir də o nömrədən zəng vurub nə Samirəni, nə toyu soruşdular. Onsuz da heç o toya getməyəcəkdik. Həm də o qız özünü elə aparmır axı! Deyirsən ki, müğənniyə pis gözlə baxırlar, razıyam. Lakin bizdə beş-altı müğənni var ki, onun haqqında heç nə demirlər. Mən işdən sonra elə yerlərdə oluram ki, orda istənilən adamlar haqqında hər şey danışırlar, heç bilmirlər ki, biz qohumuq, birlikdə işləyirik, yenə də yaxşı danışırlar. Bəlkə o da açıq-saçıq geyinsə, özünü yüngül aparsa, bu sözü eşidərdi.
- Samirə heç vaxt açıq geyinməyib?
- Geyinə bilər, evində, ailəsinin içində. Amma səhnədə heç vaxt.
- Həyat yoldaşı ona nəyisə qadağa edib?
- Yox, əksinə həyat yoldaşı ona dəstəkdir. Bütün günü demək olar biz bir yerdəyik, Valehdir, Samirədir, mənəm. Yoldaşının bir qadağası var, ona maşın sürməyə icazə vermir.
- Nəyi səbəb gətirib icazə vermir?
- Qadın sürücülər çoxdur, üstəlik bu müğənni qadın olanda, başlayır bizim “avtoş”lar ilişməyə. O istəsə, sürə bilər, lakin özünün də həvəsi yoxdur. Sakit görünməyinə baxma, o çox əsəbi insandır.
- Əsəbi olanda hədəfi sən olursan, hə?
- Hə. Mən onu anlayıram. Tək o, elə deyil.
- Dalaşanda nə səbəbdən dalaşırsınız?
- Qoy fikirləşim...
- Təsadüfən ona “pul atdığın”a görə dalaşmamısınız?
- Yox! Qətiyyən! Mən ona yad olsaydım, deyərdim ki, hə... Bu saat çox prodüser elədir, 5 manata danışır, müğənniyə deyir 3 manat, gedirsən? Müğənni də təbii ki, əlacsız razılaşır.
- Onun pul işlərinə kim baxır?
- Yoldaşı və mən. Mənə bir tərəfdən sərf edir, həyat yoldaşının bu işlərə baxmağı. Həm bizim yanımızdadır. Həm gözətçidir, həm sürücüdür, həm dəstəkdir.
- Bəs onun yoldaşı nə işlə məşğul olur ?
- Yoldaşı hərbçidir, indi isə balıq ticarəti ilə məşğul olur. Müğənnilərin çoxunu balıqla təmin edir. Hamı onu görəndə soruşur, Samirə nə vaxt gəlirik balıq yeməyə? Valeh bir balıq xörəkləri bişirir ki, gəl görəsən...
- Bayaq sula verdim, yadına sala bildin, nəyə görə dalaşırsınız?
- Onun əhvalının elə bir vaxtına düşür ki, mənim adi bir sözüm onun xoşuna gəlmir. Halbuki kefinin yaxşı vaxtında o sözü o adi qəbul edir. Deyirəm nə oldu, niyə indi reaksiya verirsən. Sakitləşəndə həmişə deyir, məni başa düş, belə vaxtlarda bəs hirsimi kimin üstünə töküm?
- Deyirsən ki, sülhsevər insandır, problem yaratmır, həyat yoldaşı ilə yola gedir. Niyə əsəbi olsun axı?
B- əyəm sənətdə söz-söhbət olmur. Gəlir, hansısa tədbirdə əsəbiləşir.
- Neynəyirlər ki, ona?
- Mən yenə deyirəm, həyasız deyil ki, yerində cavab verib adamı yerində oturda. Adi bir salam vermək qaydası ona pis təsir edir. Samirə özü böyük-kiçik bilən müğənnidir. Bəzi müğənnilər olur ki, görürsən heç kimdir, indi adam olub çıxıblar ortaya, hansı ki, vaxt var idi, Samirədən ötrü ürəkləri gedirdi. Xahiş edirdilər ki, Samirə bizə dəstək ol. Yeri gələndə Samirənin minuslarını oxuyublar. Ona görə də belə laqeydlikləri görəndə ona pis təsir edir.
- Niyə Samirənin övladı birdir?
- Maraqlı sualdır. Elə mən də o sualı verirəm. Həmişə də cavab verir, uşağı doğsam sən saxlayarsan? O biri övladına da rəhmətlik qaynanası baxırdı. Bütün günü Samirə gedirdi, çəkilişə, ora-bura. İndi uşağı tapşıra bilər?
- Yaxşı pul qazanır?
- Deməzdim qaz vurub, qazan doldurur, yaxşıdır, şükür.
- Qazandığını nəyə sərf edir? O qədər də yaxşı geyinmir, indilərdə kosmetikadan istifadə edir, klip çəkdirmir...
- Bizim sponsorumuz yoxdur, xanım! Üç klip çəkdirmişik, niyə klipimiz yoxdur? Bizə maddi cəhətdən kömək yoxdur.
- Geyiminə o qədər də fikir vermir. Müğənnilərin pulu ən çox geyimə sərf olunur.
- Yox yanılırsan. Əvvəl ola bilərdi. İndi o şeylər yoxdur. Modelyer Gülnara Xəlilova ilə işləyir. Bizim getdiyimiz studiya “İn studiya”dır, şəhərin ən prestijli salonlarındandır.
- Yaxşı, nə qədər qazanıb, nə qədər xərcləyir?
- Deyim də, mahnıya, salona geyimə, pul xərcləməsə, qazancı yaxşıdır.
- Özünün biznesi var?
- Yoxdur.
- Səni necə dolandırır?
- Əla! Doğrudan əla! Bəlkə də mən naşükür olardım, lakin deyir, atı atın yanına bağlayarsan həmxasiyyət olar. Əslində biz əks xasiyyətli adamlarıq. O da münasibətimizdə görünür. Harasa gedirik, maşını mən sürürəm. Maşında musiqiyə səs verən kimi əlimə vurur, kəməri bağla, özün də musiqinin səsini al, başım getdi! Mən musiqidən adrenalin alıram. Deyirəm, sən necə müğənnisən, mahnını, səs-küyü xoşlamırsan? Bir dəfə maşınla tədbirə gedirik, radioda dedilər ki, kəməri bağlamasanız, ağ kəfənə bürünəcəksiniz. Məndə də kəmər yoxdur. Bir də görürəm, Samirə üzümə baxdı ki, eşitdin nə deyirlər? Kəməri bağla...
- Sən elə danışdın, az qaldım gedib Samirənin ətəyində namaz qılam.
- Xeyir taparsan (Gülür). Samirə kimin üçünsə ideal olmaya bilər. Mənim üçün idealdır.
- Kasıb-kusuba əl tutur?
Bu günlərdə o, bir nəfəri əməliyyat etdirdi. Bir nəfər ona yaxınlaşdı və dedi ki, əməliyyata ehtiyacım var. Allaha and olsun, Samirə axırıncı pulunu ona verdi. Və qadının nömrəsini götürdü. Səhəri gün yaxın bir insan var, Sevinc xanım, ona dedi bu xanımla maraqlan, şəraitinə bax, həkimə apar, əgər ehtiyacı varsa, əməliyyat etdirək. Sevinc getdi və gördü, qadın düz deyir. 300 manat Sevinc özü topladı, qalan pulu biz verdik. Şüvəlandan Ərdəbilə qədər bütün xeyriyyələrdə iştirak edib. Mən yaxşıya yaxşı deməyim?
Lalə Yusifqızı

1841