Stilist: “Nura heç vaxt brend ola bilməz” - QALMAQAL
Müğənni Nuranın öz proqramında və şəxsi saytında stilist Pərvizin ünvanına səsləndirdiyi atmacalar cavabsız qalmayıb. Stilist Pərviz Lent.az vasitəsi ilə qarşı tərəfə cavab verib: “Mən Nura haqqında verilişlərin birində danışmışdım. Stilist kimi söylədiyim fikirlər bu xanımı qıcıqlandırıb. Sonra bir verilişdə qonaq olduq və o müğənnicik dedi ki, mən kimlərlə işləyirəmsə, onları tərifləyirəm, işləmədiklərimi isə pisləyirəm. Mənim üçün fərq etməz. Bu xanım çıxıb orda-burda hey məni pisləyir, deyəsən Nura yuxularında da məni görür. Vallah, o verilişə kimi mənim Nura da, müğənni olmağı da yadımdan çıxmışdı. Onda Aygün və Röya da mənə ağzına gələni desin”.
Stilist vaxtilə əməkdaşlıq etdiyi müğənniyə işlədiyi vaxtları xatırladıb: “Nura, sən heç vaxt brend ola bilməzsən. Qoy hələ oxumağı öyrənsin sonra danışsın. Məni hamı tanıyır, kim olduğumu da bilir, Nura kimdir ki, məni bəyənməsin? Ona ilk dəfə mən imic vermişəm. Gəzdiyi retro imici də məndən yadigardır. Hələ də retro imicdən çıxa bilmir”.
Lalə

1681