Qəzada ölümdən dönən məşhur prodüserimiz yeni avtomobil aldı
Bu barədə Lent.az-a T.Səmədova məlumat verib. Onun “Kia picanto” avtomobili yararsız vəziyyətə düşüb: “Qısa vaxt öncə dəhşətli qəza keçirdim. Təsəvvür edin, maşın elə əziyyətə düşmüşdü ki, sağ çıxmağım möcüzə idi. Avtomobili o vəziyyətdə görəndə çox pis oldum, ilk maşınım olduğundan mənim üçün çox əzizdir. Elə bilirəm, ikinci övladımdır. O maşın heç vaxt məni yarı yolda qoymayıb. Ona görə də tezliklə düzəlməsini arzu edirəm. Sığorta şirkəti söz verib ki, köməklik edəcək. İnşallah, qısa zamanda köhnə maşınımı düzəldərlər”.
Təranə Səmədova avtomobili təmirdən çıxanadək yeni maşın almalı olub. Dediyinə görə, maşın almağa dostları kömək ediblər: “Təzə götürdüyüm maşın “Nissan Qashqai”dir. Dostlarım “90 LK 030” nömrəsini hədiyyə ediblər. Yaxşı dostlarımın sayəsində hər şey yoluna düşür, hər bir dostuma da ayrıca təşəkkürümü bildirirəm. İnsan belə hadisələrdən sonra həyatda dəyər verdiyi varlıq və ətrafında dostlarının qədrini bilməyə başlayır. Tək şükür etdiyim odur ki, Allah məni övladıma bağışladı, o cür qəzadan sağ çıxdım. Qəza olanda birinci qızım Suel gözümün önünə gəldi. Bu da bir sınaq idi”.
Lalə

Oxşar yazılar

Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01