Eldar və Nigar gənc müğənnimizin yeni klipində
Bu barədə Lent.az-a Elçin İmanov məlumat verib. Sözləri Vahib Əliyevə, musiqisi Elçin İmanova aid olan “Mehriban Vətənim” mahnısına klipi Nail Naiboğlu çəkib. Pavilyon şəraitində çəkilən klipdə Azərbaycan bayrağını dünyada ucaldan idmançılarımız, elm və siyasət xadimlərimiz, “Eurovision 2011” qalibləri Nigar və Eldar da yer alıb.
Klip ekranda nümayiş etdirilən kimi qalmaqala səbəb olub. Belə ki, klip Nail Naiboğlunun İlhamə Quliyeva üçün çəkdiyi klipə çox bənzəyir. Nail Naiboğlu Lent.az-a açıqlamasında klipin oxşar olmasını belə izah edib: “İki ay əvvəl İlhamə Quliyeva üçün “Azərbaycan bayrağı” klipini çəkmişəm. Bu klip gənc ifaçı Lamiyənin xoşuna gəldiyi üçün bəstəkar Elçin İmanov məndən xahiş etdi ki, Lamiyənin klipini İlhamə xanımın klipinə oxşar çəkim. Mən də etiraz etmədim. Çünki o klipi də mən çəkmişəm. Oğurluq etməmişəm ki! Bu da normal haldır. İlhamə xanım böyük sənətkardır, məktəbdir”.
Lalə

Oxşar yazılar

Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01