Aygün Kazımova: “Məndən hər an hər şey gözləyin” - MÜSAHİBƏ
Səhnəmizin və şou-biznesin riskli müğənnisi, xalq artisti Aygün Kazımova ilə Afrika səfəri öncəsi görüşdük. Bu günlərdə Afrikadan böyük təəssüratla qayıdan müğənninin səfər öncəsi proqnozlarını xatırlamaq, özü və qızı haqqına fikirlərini bilmək maraqlı olar. Lent.az Aygün Kazımovanın müsahibəsini təqdim edir.
- Son günlər sizdə radikal dəyişiklik görünməkdədir. Əməliyyat xəbərinizi eşitmirik, amma arıqlamısınız.
- Çox normal, təbii qidalanıram, az ət yeyirəm. Olduqca enerjiliyəm. Enerjimin çoxluğuna hamı təəccüblənir. Ümumiyyətlə, çox istəyəndə hər şeyə nail olmaq olur. Mənim fərqim odur ki, nəyisə çox istəyirəm.
- Sizinlə Afrika səfəri öncəsində görüşürük. Hər yerdə hegemon olmağa çalışan Aygün Kazımova özünə rəqib sayılmayacaq, hətta zəif komanda ilə yola çıxır. Qalmaqal kiminlə olacaq?
- Afrika səfərimin müddəti yarım aydır. Bu səfər mənim üçün çox maraqlı idi. Hər şeyi sınamaq istəyirdim. Qalmaqal olacaq ya yox, hələ bilmirəm, münasibətlər dostluq şəraitində gedir. Amma yarışın qaydaları sərtdir, orada suyu içmək üçün hətta mübarizə aparmalı olursan. Hələlik heç nə deyə bilmərəm. İki qrupa bölünmüşük, hər komandada 3 qız 3 oğlan var. Ümumilikdə 12 nəfərik. Orda elə məkanlar var ki, ayaqla getmək də olmur, hansısa məkandan o birinə məsafədə təyyarə ilə uçmalıyıq.
- Bu günə qədər müxtəlif imiclərdə görünməyinizə baxmayaraq, siz, sənətdən başqa peşələrdə təsəvvür edə bilməyəcəyimiz insansınız. Amma istedadınızı sanki səhnədən kənarda göstərirsiniz, misal üçün səhnədə nə isə etmək yerinə Afrikaya gedirsiniz...
- Afrika mənim üçün bir səhnədir. Bundan başqa, insanların görünməyən tərəflərini görmək şəxsən mənə çox maraqlıdır. Şəxsən mənim üçün də maraqlıdır ki, görəsən, orada necə görünəcəyəm, necə dözəcəyəm, ekstrimi sevən insan kimi indidən həyəcanlandırır. Özüm öz qarşımda imtahan vermək istəyirəm.
- Lakin siz potensialınızın çox azını səhnəyə sərf etdiyinizi etiraf edirsinizmi? Daha çox arzularınızın arxasınca getdiniz...
- Arzularım səhnə ilə bağlıdır. Hansı arzuları nəzərdə tutursunuz?
- Gözübağlı səhnəyə “əlvida” deyib getdiyiniz vaxt vardı...
- Hər an məndən hər şey gözləyin. Əsl səhnə adamı da belə olmalıdır. O ki qaldı mənim potensialıma, 40 yaşım var, hələ hər şey irəlidədir. Potensialımdan istifadə edəcəyəm. Əsas odur ki, potensialım məni tərk etməsin. O arzu, istək, güc məndə var. Əsas odur ki arzulaya biləsən ki, bacarıqlarını nümayiş etdirəsən. Mən düşünürəm ki, Afrika səfərimdə qarşıma qoyduğum öhdəliklərin üzərindən gəlsəm, tamaşaçılar məni birə-beş sevəcəklər. Siz necə düşünürsünüz?
- Mən düşünürəm ki, siz dünya səhnəsi üçün özünüzü gecikdirdiniz.
- Dünya səhnəsinə mən getdim, o getdi, bəs Azərbaycanda kim qalsın? Bir şeyi deyim, yadınızda saxlayın, mən ancaq Azərbaycan səhnəsi üçün yaranmışam.
- Deyirlər, Afrika layihəsinə qoyulan sərmayə yalnız Aygün Kazımovanın orada iştirak etməsi üçün planlaşdırılıb. İş adamlarından biri məhz sizə görə, əlini cibinin dərinliklərinə qədər uzadıb.
- Bu layihə ötən ilin avqustundan düşünülüb və ən axırıncı mənə deyilib. Proqram barəsində məlumatlandırıldığım heç bir ay deyil. Əgər o adam belə səxavətlidirsə, pulu mənə verərdi, gedərdim Hollivuda! (Gülür). Yalan sözdür.
- Bu qədər xərc çəkməyin mənası nədir? Sizə izah ediblər?
- “Extrim” şirkətinin bundan başqa da layihələri olacaq. Onların bu qədər pul qoymaları təsadüfi deyil. Onlar bu şəkildə təbliğat çağırışı edirlər. Bu il turizm ildir. Gələcəkdə belə layihələri Naxçıvanda da, Qəbələdə də keçirə bilərik. Maşallah, dağ, dəniz, çay hamısı özümüzdədir.
- Aygün Kazımova unikaldır, hər vəziyyətdən çıxmağı bacarır. İlqarə Aygün Kazımova olmadan qalmaqallardan çətinliklərdən üzüağ çıxa bilər?
- Aygün Kazımovanın qızı İlqarə olmaq o demək deyil ki, Aygün Kazımova kimi olmalıdır. Allah hamını individual yaradıb. Ancaq əkizlər oxşar ola bilər. Hətta onların da fərqliliyi var. İlqarə də başqa cür insandır, onda elə xüsusiyyət var ki, ondan 20 yaş böyük olsam da, öyrənəcək nə isə tapıram. Qızımın öz aurası var, o, özüdür, mən özüməm. O, “Eurovision”ın milli seçimlərində oxuyanda fəxr edirdim. Mən ona kömək etmirdim. Hər şeyi İlqarə özü seçirdi. Ona baxmaq, sadəcə maraqlı idi. Gah sevinirdim, gah inanmırdım. Evdə gəzəndə də baxıb fikirləşirdim, bu mənim qızımdır? Mən onunla istəsə, duet oxuyacağam (gülür), “Nigaranam”ı onun üçün bek-vokalda oxumuşdum. Analıq nigarançılığı mahnıda da özünü tapır.
- Sevgi gələndə xəbər vermir. İlqarənin karyerasının həlledici məqamında həyatında sevgi olsa və seçim arasında qalsa, anası Aygün Kazımova ona nə məsləhət görərdi?
- Mən ona düz yolu göstərərəm, amma seçim özünündür. Məsəl üçün deyə bilərəm ki, belə olsa yaxşıdır və ya yaxşı deyil.
- Birdən çətinlik çəkdi və konkret fikir istədi.
- Mən düşünürəm ki, indi belə problem yoxdur. Bizim vaxtımızda olan problem indi yoxdur axı. İndi məncə İlqarə ikisini də birləşdirib istədiyi yerdə ola bilər.
Lalə Yusifqızı

1005