Müğənni Sevda Yahyayeva “hərəkətləndi”
06 iyun 2011 13:13 (UTC +04:00)

Müğənni Sevda Yahyayeva “hərəkətləndi”

Müğənni Sevda Yahyayeva məşhur əyləncə məkanlarından birində ilk solo konsertini verib. Lent.az-ın məlumatına görə, konsert proqramından öncə gənc müğənni jurnalistlərə açıqlama verib, ilkin təəssüratlarını bölüşüb: “Həyəcanlıyam, konsertə gələn insanları görüncə bir anlıq ürəyimdə qorxu və həyəcan yarandı. Buradan baxıram, təxminən 700-dən çox tamaşaçı var. Kənardan deyilə bilər ki, 700 nəfər nədir ki? Amma restoranda keçirilən solo konsert üçün bu çox böyük rəqəmdir”.


Müğənni rəqs qrupunu ilə birlikdə səhnəyə çıxıb və sinxron rəqslər edərək "Hərəkətsiz Sevda" adından birdəfəlik imtina edib. Konsertin aparıcısı, meloman və teleaparıcı Murad Arif olub. Səhnədə Sevdanı Dj Çina da müşayiət edib.


Yahyayeva iki saatlıq proqramla çıxış edib. Populyar müğənnini təbrik etmək üçün bir neçə sənətçi də orada iştirak edib. Onlardan biri xəstə yatağından ayağa qalxıb gələn Rəhim Rəhimli olub. Konsertə gələnlər arasında Elza Seyidcahan və İzzət Bağırov da gözə dəyib.


Konsertin sonunda müğənninin və eyni zamanda konsertin prodüseri Pərviz Əsgərov biletlərin bəzisinin 100 manata satıldığını deyib: “Restorana gələn bəzi qonaqları geri qaytarmamaq üçün yeni stollar açılıb. Biletlərin qiyməti isə 100 manata kimi qaldırılmışdı. Bu da 14 bilet satıldı deyənlərə cavab!”

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2500

Oxşar yazılar