Azərbaycanda "Eurovision Junior" üçün qrup yaradılıb
Bu barədə Lent.az-a qrupun yaradıcısı bəstəkar Ülviyyə Vəliyeva məlumat verib: “Hazırda bu ölkədə uşaq mahnıları yatıb, inkişaf yoxdur, hamı uşaqları unudub. Yalnız sevgidən yazırlar. Özü də elə yazırlar ki, insanın sevməyi də gəlmir artıq. Xarici kanallara baxıram və uşaqların necə üzə çıxdığını, inkişaf etdiyini görürəm. Aktiv, kamera ilə işləyirlər, utancaq deyillər. Niyə bizdə bu yoxdur? Uşaqlarla işləmək lazımdır. Bu öhdəliyi, məsuliyyəti üzərimə götürmək qərarına gəldim. "Butterflies" ("Kəpənəklər") adında 4 qızdan ibarət ilk qrupumu yaratdım. Qrupun üzvləri - Ləman, Nigar, Aylin və Nəzrin adlı çox aktiv, enerji dolu qızlardır”.
Qrup bir ayın içində iki mahnı yazdırıb, fosessiyalar hazırlayıb: “Bir ayın içində 2 mahnı işlədik, fotosessiyalar hazırladıq. Çox yorulduq, amma gördüyümüz işdən böyük zövq aldıq. Bundan sonra da uşaq qrupları, solo ifalar və s. üzə çıxartmaq fikrim var. Yəni, marağı olanlar müraciət edə bilər. İstedadlı, aktiv, maraqlı uşaqlarla işləməkdən zövq alıram”.
Lalə Yusifqızı

Oxşar yazılar

Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34