Təmsilçilərimiz “Eurovision-2011”-in yarımfinalında 2-ci yeri tutub
Almaniyanın Düsseldorf şəhərində keçirilən və Azərbaycanın qələbə qazandığı “Eurovision-2011” mahnı müsabiqəsinin yarımfinallarının balları açıqlanıb.
APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, mayın 10-da keçirilən ilk yarımfinalın birincisi Yunanıstan təmsilçiləri olub. Təmsilçilər yarımfinalda çıxış edən 19 ölkə arasında 133 balla birinci yeri əldə ediblər. Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal isə bu yarımfinalın ikinci olublar. Qalib təmsilçilərimizin yarımfinal göstəricisi 122 baldır. I yarımfinalın üçüncüsü 103 balla Finlandiya, dördüncüsü 100 balla İslandiya, beşincisi 81 balla Litva, altıncısı 74 balla Gürcüstan, yeddincisi 72 balla Macarıstan, səkkizincisi 67 balla Serbiya, doqquzuncusu 64 balla Rusiya 64 və onuncusu 55 balla İsveçrə olub. Adları sadalanan 10 ölkə finalda mübarizə aparan 25 ölkə arasında olub.
Həmin yarımfinalda finala çıxmaq uğrunda mübarizə aparan Malta 54 balla 11-ci, Ermənistan 54 balla 12-ci olub. Türkiyə isə 47 bal toplayıb və 13-cü yeri tutub.
Mayın 12-də baş tutan II yarımfinalın nəticələrinə görə isə, İsveç təmsilçisi Eric Saade birincidir. İsveç təmsilçisi həm də yarımfinallarda ən çox bal toplayan təmsilçidir – 155 bal. Danimarka 135 balla ikinci, Sloveniya 112 üçüncü, Rumıniya 111 balla dördüncü, Bosniya və Herseqovina 109 balla beşinci, Ukrayna 81 balla altıncı, Avstriya 69 balla yeddinci, İrlandiya 68 balla səkkizinci, Estoniya 60 balla doqquzuncu, Moldova 54 balla onuncu olub. Bir bal az toplayan Belçika isə finala keçə bilməyib.

725