Aybəniz Haşımova: “Dediklərimi yada da salmaq istəmirəm”
“Hər birimiz hansı müsabiqəyə qatılmaq istəyirsə, hamımızın bir arzusu olur - o da ölkəyə hörmət qazandırmaq. Öz evimizin içində bir-birimizdən umu-küsümüz ola bilər. Amma bütün ölkəmizin adına hörmət gətirirsə, onu yalnız təbrik etməli, buna sevinməliyik, başqa cür ola da bilməz”.
Bu sözləri APA-ya açıqlamasında “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərdən narazı qalması ilə bağlı ciddi açıqlamalar verən Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova deyib. Müğənni Azərbaycana qalibiyyət gətirən Eldar Qasımov və Nigar Camal haqqında pis bir söz demədiyini də xüsusi vurğulayıb: “Mənim o uşaqlarla heç bir işim olmayıb, onlarla nə işim var ki? Onların ünvanına da seçim zamanı heç bir pis söz deməmişəm. Övladıma qarşı olan mövqeyə görə danışmışam, Eldarla və ya başqa biri ilə nə işim var? Heç kimdən də qorxmuram, sözümü demişəmsə də, arxasında dayanmağı bacaran insanlardanam, qorxub gizlənən adamlardan olmamışam. Çəkilişdən narazı qalmışam, onu da demişəm və bu artıq keçmişdə qalıb. Heç yadımıza da salmaq istəmirəm, çünki ölkəmiz qələbə qazanıb və hamımız sevinməliyik”.
Nəticələrlə bağlı ədalətsizlik olduğu ilə bağlı milli seçimlərdən dərhal sonra açıqlamalarla çıxış edən Aybəniz Haşımova artıq bu barədə danışmaq istəmir: “O söhbət qurtardı getdi, ölkəmiz birinci yerə çıxıb. Onlardan daha danışmaq lazım deyil. Eldarı mən çox istəyirəm və onun özündən də soruşsanız bunu təsdiq edər. Ona olan mövqeyimi seçim zamanlarında da bildirmişəm. Eldar vicdanlı uşaqdır və deyəcək ki, Aybəniz xanım ona necə dəstək verib. Vətənimin övladının hər biri mənə əzizdir. Əgər o millətimin adını daşıyırsa, o mənə necə ögey ola bilər? Azərbaycan birincidir və arzu edirəm ki, Azərbaycan hər zaman birinci olsun. Azərbaycana qələbəni ilk dəfə Elnurla Samir gətirib. Elnurla Samir onluğa düşməsəydi, heç bu gün də Azərbaycan “Eurovision” müsabiqəsində birinci yeri qazanmazdı. Niyə biz öz ölkəmizin uşaqlarının əməyini itirməliyik? Ermənistan bu il heç finala keçə bilmədi və yanıb tökülür”.
Müsabiqənin nə yarımfinal, nə də final konsertini izlədiyini etiraf edən Aybəniz Haşımova yalnız səsvermə etapına həyəcanla tamaşa edib: “Həyəcanla nəticəni gözləyirdim ki, Azərbaycan uğur qazansın. Allah heç kimin arzusunu ürəyində qoymasın, heç birimizi pərt eləməsin”.
Aynişan Quliyevanın gələcək illərdə Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil etmək üçün milli seçimlərə qatılıb-qatılmayacağına gəlincə, müğənni qeyd edib ki, artıq gənc müğənninin bu seçimlərdə iştirakını istəmir: “Mən Aynişanın milli seçimlərə qatılmasını bu il də istəmirdim. Gəncdir, həvəsli idi və qatıldı. Aynişan özü də bir şeyə dönə-dönə yenidən qayıdan adam deyil. Bir dəfə getdi, hər halda onu gördülər və bildilər ki, Azərbaycanda belə bir istedadlı insan var. Özləri nə zamansa dəvət edərlərsə, düşünərik, ancaq mən Aynişana bir də “Eurovision”a getməyi məsləhət görmürəm. Ona görə ki, bizə Azərbaycanın birincilik qazanmasını arzulayırdıq və qazandıq. İstər Aynişanın, istərsə İlhamənin fərqi yoxdur, hansı uşağımızınsa timsalında. Onu da qazandıqsa, bir də oraya qayıtmağın mənası yoxdur”.

1571