“Eurovision” qalibimiz sirrini açdı: “Mən sizi sevirəm!”
Lent.az-ın məlumatına görə, mətbuat konfransında ilk olaraq İctimai Teleradionun direktoru İsmayıl Ömərov çıxış edərək Azərbaycanın qələbə qazanmasını bütün türk dünyasının sevinci və bayramı olduğunu deyib: “Bu sevinci bizlərə Eldar və Nigar bəxş edib. Sözün gücü yoxdur və söz tapmaq çox çətindir. İllərdir arxasınca qaçdığımız, inanılmaz gələn zirvəyə ucaldıq. 14 may Azərbaycan tarixinə qızıl hərflər yazıldı”.
İctimai Teleradionun direktoru söyləyib ki, EBU artıq 2012-ci ildə ev sahibliyini təsdiqləyən sənədi rəsmi qaydada təqdim edib. O, Azərbaycan “Eurovision-2011” müsabiqəsinə konkret nə qədər vəsaitin xərcləndiyini açıqlamasa da, bu məbləğin ötən ilki ilə müqayisədə az olduğunu vurğulayıb: “Konkret rəqəm açıqlamaq istəməzdik. Amma onu deyə bilərəm ki, bu il müsabiqəyə keçən ildən az maliyyə sərf olunub. Əsas maliyyə yox, Azərbaycanın bu müsabiqədə qalib gəlməsidir”.
Xatırladaq ki, keçən il “Eurovision” müsabiqəsinə 1 milyon 564 min manat vəsait xərclənib.
İTV-nin direktoru Ermənistanın gələn ilki müsabiqədə iştirak edib etməyəcəyi ilə bağlı sualı da cavablandırıb: “Mən özüm oxumamışam, amma mənə məlumat veriblər ki, ermənilər burada keçirilən müsabiqədə iştirak etməyəcəklərini bildiriblər. Əgər onlar bu fikirdədirlərsə, çox təəssüf edirəm. “Eurovision” yarışması insanları humanizmə çağıran bir müsabiqədir”. Onun sözlərinə görə, Azərbaycan heç bir ölkəni ayrıca dəvət etmir: “Avropa Yayımları Birliyinin öz ciddi qaydaları var. Ölkələr də bu qaydalara ciddi əməl etməlidirlər. Ona görə də mən onların əvəzindən heç nə deyə bilmərəm”.
Eldar Qasımov qələbə münasibətilə bütün türk dünyasını təbrik edib: “Bu, tək bizim yox, hamımızın qalibiyyətinizdir. Əgər nəsə çatışmasaydı, o zaman istədiyimizi edə və göstərə bilməzdik. Çox sağ olun ki, siz bizə inanırdınız”.
Nigar Camal da onlara inanan hər kəsə təşəkkürünü bildirib və Azərbaycan xalqını qalibiyyət münasibəti ilə təbrik edib. O, səhnəyə türk bayrağı ilə çıxmasına da aydınlıq gətirib və həmin an çox həyəcanlı olduğunu qeyd edib. Eldar isə belə deyib: “Bütün Türk dünyasını təmsil etdiyimiz üçün bu bayraqla səhnəyə çıxdıq. Bu o deməkdir ki, biz bir millət iki dövlətik”.
İsmayıl Öməröv isə bu məsələyə belə aydınlıq gətirib: “Əslində Nigar Türkiyə, Eldar isə Azərbaycan bayrağını aparmalıydı. Görünür, Eldar Nigardan da həyəcanlı olub deyə, bayrağı götürməyib. Amma heç bir dəqiqə keçməmiş o səhnəyə nə qədər Azərbaycan bayrağı çıxdı”. Qaliblər ikinci dəfə seçilsələr, yenə ölkəmizi bu müsabiqədə təmsil etməyə hazır olduqlarını deyiblər. Onlar bu yaxınlarda Türkiyəyə və Almaniyaya gedəcəklərini qeyd ediblər. Bir çox ölkələrdən dəvət aldıqlarını qeyd edən “Eurovision” qalibləri gələcəklə bağlı bir sıra planları olduqlarını deyiblər. Nigar Camal ona filmə çəkilmək təklifi gəlsə, buna razılıq verəcəyini bildirib.
Eldar Azərbaycanın adı qalib elan olunan zaman səhnədə göstərdiyi əl işarəsinin mənasını da açıqlayıb: “Bu, nə Boz Qurdun işarəsidir, nə də rokla bağlıdır. Bu, “mən sizi sevirəm” deməkdir”.
Rusiya mətbuatında yer almış “Running Scared” mahnısının plagiat olması ilə bağlı iddialara gəlincə, İsmayıl Ömərov ictimaiyyəti bu cür təxribatlara uymamağa çağırıb. Gənclərə bu qalibiyyətdən sonra hansısa fəxri adın, ödülün veriləcəyi ilə bağlı suala İ. Ömərovun cavabı belə olub: “Mənim əməkdar artsit, xalq artisti adı olan bütün sənət adamlarına hörmətim var. Fikrimcə, bu gənclər o adların fövqündədi”.
Mətbuat konfransının sonunda Eldar və Nigar “Ey, əziz anam Azərbaycan” mahnısını və ölkəmizə qalibiyyət gətirən “Running Scared” mahnısını ifa ediblər.
Xəyalə Muradlı

688