“Eurovision-2011”in final həyəcanı başladı
15 may 2011 00:19 (UTC +04:00)

“Eurovision-2011”in final həyəcanı başladı

Lent.az-ın məlumatına görə, müsabiqəyə ev sahibliyi edən ölkə, eləcə də “Eurovision”un “böyük beşliyi” - Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliya mübarizəyə birbaşa finaldan qoşulur. Finalçıların çıxış ardıcıllığı püşkatma yolu ilə müəyyənləşib.

İlk olaraq səhnəyə finlandiyalı müğənni Paradis Oskar çıxacaq. Daha sonra Bosniya və Hersoqovinadan olan Dino Merlin səhnəyə çıxacaq. Digər ölkələrin çıxış ardıcıllığı belədir: Danimarka, Litva, Macarıstan, İrlandiya, İsveç, Estoniya, Yunanıstan, Rusiya, Fransa, İtaliya, İsveçrə, Böyük Britaniya, Moldova, Almaniya, Rumıniya, Avstriya, Azərbaycan, Sloveniya, İslandiya, İspaniya, Ukrayna, Serbiya, Gürcüstan.
Təmsilçiləri Eldar Qasımov və Nigar Camal səhnəyə 19-cu sırada çıxacaqlar. Onlar “Running Scared” mahnısını ifa edəcəklər.

Müsabiqənin şərtlərinə görə, qalib bütün iştirakçı ölkələrdə sms və telefon zəngləri vasitəsilə tamaşaçı səsverməsi nəticəsində müəyyənləşir. Tamaşaçılar öz ölkələrini təmsil edən ifaçılara səs verə bilməzlər.

Azərbaycanda tamaşaçılar müsabiqə günü canlı ifa zamanı bəyəndikləri ölkənin çıxış nömrəsini yazıb, istənilən mobil operatordan 9450 SMS nömrəsinə göndərə bilərlər. 1 SMS-in qiyməti 60 qəpikdir. 9450 SMS nömrəsi yalnız Azərbaycandan səs vermək üçündür. Hər ölkənin SMS nömrəsi yayımçı televiziyadan elan olunur. Ölkəmizdən Azərbaycan təmsilçilərinə səs verə bilmərik. Azərbaycan təmsilçilərinə yalnız xarici ölkə ərazisindən səs vermək olar. 1 nömrədən 20 səs göndərmək mümkündür. Final mərhələsində çıxış edəcək ölkələrin kodu sıra nömrələri ilə eynidir.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar