Rusiya şou-biznesinə qatılmaqdan imtina edən sənətçimiz – FOTO
Lent.az-ın məlumatına görə, musiqi prodüseri Murad Arif ilə birlikdə jurnalistlərin suallarını cavablandıran müğənni deyib ki, “Tı daleko” adlanan musiqi toplusunda rus dilində ifa etdiyi 16 mahnı yer alıb.
Albom Bakıda “STS production” tərəfindən istehsal olunub. Müğənni xarici ölkələrdə tez-tez qastrol səfərlərində olmasına baxmayaraq, növbəti albomunu da Azərbaycan musiqi şirkətində hazırladıb. Albomdakı fotolar Zaur Zaman tərəfindən çəkilib. Mahnı seçimləri, eləcədə tərtibatla Xəyyam Nisanovun musiqi prodüseri, bəstəkar-şoumen Murad Arif şəxsən özü məşğul olub.
Albomda tanınmış bəstəkarlar Vaqif Gərayzadə, Elçin İmanov və Sergey Kolisniçenkonun mahnıları yer alıb. Albom artıq Rusiyada da satışa buraxılıb və 2000-dən çox disk atılıb.
Xəyyam onu da deyib ki, belə bir albomu ondan qonşu ölkədə yaşayan pərəstişkarları, davamlı olaraq rus dilində olan mahnılarının toplusunu istədikləri üçün “Tı daleko”nu ərsəyə gətirib.
Albomda yer alan musiqilər “Bakı şansonu” janrındadır. "Ti Daleko", müğənninin diskografiyasında, sayca 3-cü albomdur.
Daha bir maraqlı xəbər isə X.Nisanovun sentyabrda sırf Azərbaycan pop-musiqisi janrında ifa etdiyi mahnılardan ibarət olacaq yeni albomunun hazırlıqlarına başlamasıyla bağlıdır.
Mətbuat konfransında Murad Arif digər maraqlı bir faktı diqqətə çatdırıb. Türkiyənin çox tanınmış DJ-lərindən biri olan Suat Ateşdağlı satışa çıxardığı “Bosphorus night” (“Bosfor gecəsi”) musiqi toplusunun dördüncü buraxılışında təqdirəlayiq addım atıb. Populyar türk, eləcədə digər dövlətlərin estrada ulduzlarının mahnılarının və ən əsası öz remixlərinin toplandığı albomun ilk mahnısı Xəyyam Nisanovun ifasında səslənən “İstanbul” hitidir. Türkiyənin “Yeni dunya müzik” musiqi şirkətinin istehsal etdiyi albom, hazırda ən çox satılan yığma disklərə rəhbərlik edir. Qürurvericidir ki, “İstanbul” mahnısı albomda ən çox marağa səbəb olan mahnılardan biri kimi dinləyicilərə təqdim olunur. Tanınmış türk müğənniləri - Tarkan, Soner Sarikabadayi, Bengünün mahnılarının daxil olduğu albomda məhz Xəyyam Nisanovun “İstanbul” mahnısının birinci yer almasını bütün Azərbaycanın musiqi adına böyük bir uğurdur. Xəyyam, yaxın günlərdə adıçəkilən mahnının sədaları altında Türkiyənin müxtəlif telekanallarının efirlərində, show proqramlara qatılıb, İstanbul şəhərində sevilən hitinin daha geniş təqdimatını edəcək.
Xəyyam Nisanov Rusiya şou-biznesində çalışmaq üçün təklif aldığını lakin bu təklifdən imtina etdiyini açıqlayıb: “Bilirəm ki, belə təkliflər hər müğənniyə qismət olmur. Lakin məni 27 yaşım var və ölkəmdə yaşayıb fəaliyyət göstərməkdən imtina edib, nəticəsi məlum olmayan işbirliyinə imza ata bilmərəm. İllər öncə belə təklif alsaydım, qətiyyən boyun qaçırmazdım”.
Lalə Yusifqızı

Oxşar yazılar

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08