Azərbaycanlı model dünya müsabiqəsinə yollanır
Bu münasibətlə Türkiyədən Azərbaycana gələn model mətbuat nümayəndələri ilə görüşüb. Lent.az-ın məlumatına görə, bu il Türkiyədə keçirilməsi gözlənilən “Best model of the world” müsabiqəsi Bolqarıstanda keçiriləcək.
Model deyib ki, ötən ilki müsabiqənin qaliblərindən biri bolqarıstanlı olduğu üçün təşkilatçılar müsabiqəni qalibin vətənində reallaşdırmaq qərara alınıb.
Günay Musayeva müsabiqədə qalib gəlməyi qarşısına məqsəd qoyub: “Bolqarıstana qalib olmaq üçün gedirəm. Ən böyük arzularımdan biri də odur ki, “Best model of the world” növbəti il Azərbaycanda keçirilsin”.
Tədbirdə modelə “Yaxşıların yaxşısı” mükafatı da təqdim olunub. Təyyarəyə 4 dəqiqə gecikdiyi üçün bir neçə gün öncə mükafatlandırma mərasiminə qatıla bilməyən modelə bu tədbirdə mükafat verilib: “Türkiyədə yaşasam da, Azərbaycan mətbuatı, cəmiyyəti məni həmişə diqqətdə saxlayır. Hamınıza bir-bir təşəkkür edirəm. Bu mükafatın təqdim olunma mərasiminə qatılmaq üçün əməlli-başlı hazırlaşmışdım, lakin 4 dəqiqə gecikdiyim üçün hava limanında qalmalı oldum” .
Qeyd edək ki, model müsabiqədən öncə 10 gün Bolqarıstanda məşq hazırlığında olacaq. Günay Musayeva müsabiqənin prezidenti Erkan Özərmana da öz təşəkkürünü bildirib.
Lalə Yusifqızı

Oxşar yazılar

Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34