Sənətçi Xumar Qədimovaya gecə sürprizi
Aprelin 26-da doğum gününü qeyd edən müğənnini yaxınları gecə saat 12-də sürpriz məkana qonaq aparıblar. Bu barədə müğənni özü Lent.az-a açıqlama verib: “Bir neçə gündür, Bakıda yox idim, əvvəl Şəmkirə, oradan da Tiflisə getmişdim. Mənə dedilər, gecə saat 12-dək mütləq Bakıda olum. Yolda gördüm, bacım telefonda nəyisə pıçıldayır. Nəhayət məlum oldu ki, onlar mənə ad günü sürprizi hazırlayıblar”.
Tədbir saat 3-dək davam edib. Sənətçi aldığı hədiyyələrdən danışmayıb: “Əvvəla, onu dönə-dönə vurğulayım ki, mənim üçün ad günü, özəl gün deyilən anlayış yoxdur. Adi gündə yaşadığım xoşbəxtlik özəl günüm, bayramımdır. İnsanlar xüsusi günlərdə çalışırlar ki, yaxşı görünsünlər. Mən insanlara arzu edirəm ki, adi günlərdə də bayram əhval-ruhiyyəsində olsunlar. Ad günümdə, bayramda nə aldığım vacib deyil. Adi gündə də hədiyyə ala və bunu çox dəyərləndirə bilərəm”.
Lalə Yusifqızı

Oxşar yazılar

Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34