“Qurd” yenidən Azərbaycan səhnəsinə qayıdır - FOTO
26 aprel 2011 15:45 (UTC +04:00)

“Qurd” yenidən Azərbaycan səhnəsinə qayıdır - FOTO

Bu barədə Lent.az-a məlumat verən solist boşluğu dolduracağını deyib. Qrupdan getməyini isə o, anlaşılmazlıqlarla və keçirdiyi stresslərlə əlaqələndirib: “2009-cu ildə həyatımda ani dəyişiklik baş verdi, şəxsi məsələlərə görə depressiyaya düşdüm. Bu səbəbdən qrupdakı işlərimə qeyri-ciddi yanaşmağa və məsuliyyətsizliklərə yol verməyə başladım. Səsyazmalara, verilişlərin çəkilişlərinə getmədim. Dostlarımı keçirdiyim sarsıntılara görə narahat etmək istəmədiyim üçün “Klan-a plan”dan ayrıldım”.

Solist onu da əlavə edib ki, iki il ərzində bütün problemlərimi həll edib, arada yaşanan müəyyən sıxıntılardan kənarlaşdıqdan sonra qrupa qayıtmaq qərarına gəlib: “Özümə də pis gəlir ki, bu iki ili “Klan- a-plan”a vaxt ayırmadım. Amma Ryderin vəfatından sonra qrupa qayıtmağımı vacib sayıram”.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766

Oxşar yazılar