Şəhərin küçələrini çılpaq gəzən qadın rəssam
19 aprel 2011 02:36 (UTC +04:00)

Şəhərin küçələrini çılpaq gəzən qadın rəssam

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı sənətçi deyib ki, çılpaq şəkildə qəzet alarkən, metroda kitab oxuyarkən, yaxud qar kürüyərkən çəkillər çəkdirib. Bu addımı çılpaqlığın təbii və normal bir durum olduğunu göstərmək üçün atıb.
20 guşədən ibarət sərgidə başqa insanların da fotoşəkillərindən istifadə etmək istədiyini deyən Erika Simon insanları razı salmağın çətin olmasından şikayətlənib: “O insanlar saxlanılacaqlarını düşünürlər. Ancaq mənim başıma belə bir iş gəlməyib”.

Layihəsində iştirak edəcək könüllü tapa bilməyən rəssam bu səbəbdən özü hərəkətə keçib. O, bu layihəsinin moda dünyasına da bir tənqid olduğu qənaətindədir: “Bu layihə fikri əslində Paris Moda Həftəsi zamanı ağlıma gəldi. İnsanlar üzərlərindəki paltarın markasına görə dəyərləndirildiyi üçün o mühitdən tez uzaqlaşmaq istədim. Moda insana “Geyindiyin nədirsə, sən də o ol!” deyir. Bu, qəbul edilə bilməz. Çılpaqlıq çox gözəl bir şeydir. İnsan özünü azad və rahat hiss edir”.
Çəkilişlər zamanı yalnız soyuqdan əziyyət çəkdiyini bildirən fotoqraf sosial fərqləri paltarların daha qabarıq ortaya qoyduğunu vurğulayıb: “Paltarlar olmasa, deməli bərabərik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 979

Oxşar yazılar