Rəqsanənin işi məhkəmədə - EKSKLÜZİV
Aprelin 17-də saat 19:00 radələrində müğənni Rəqsanə İsmayılovanın avtomobilinin radara düşməsi və baş vermiş insidentin bəzi təfərrüatları məlum olub. Hüquq mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Rəqsanənin sürücüsü Faiq Azayevin idarə etdiyi “Mercedes” markalı, 10 EH 011 dövlət nömrə nişanlı avtomobil aprelin 15-də Quba-Bakı yolunda 105 km/saat sürətlə hərəkət edərkən radara düşüb. Yol polisinin avtomobili saxlatdırmaq cəhdi baş tutmayıb, “saxla” əmrinə məhəl qoyulmayıb və müğənninin maşını Dərbəndə gedib. İki gün sonra - aprelin 17-də isə yolun təxminən həmin hissəsində Rəqsanənin maşını yenə radara düşüb - bu dəfə 165 km/saat sürətlə. Bu dəfə polis məlumatı alan kimi qarşıdakı Zarat postunu bağlayıb və avtomobil dayandırılıb.
Avtomobilə baxış keçirilərkən maşında əlavə avadanlıqların olduğu və şüşələrə qara plyonka yapışdırıldığı da müəyyənləşdirilib. Bu zaman sürücü avtomobilə yaxınlaşaraq sənədləri tələb edən polisə etirazını bildirib və kobud rəftar edib. Polis əməkdaşı sürücünü müvafiq sənədləşmə aparmaq üçün posta dəvət edib. Posta daxil olan sürücü və onun yanında olan sərnişinlər – müğənni R.İsmayılova, onun rəfiqəsi Təranə Səmədova polis əməkdaşları ilə mübahisə etməyə başlayıblar. Bundan başqa hər üç şəxs onları intizama dəvət edən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr səsləndirib və müqavimət göstərib.
Polisə müqavimət göstərildiyindən və insident baş verdiyindən posta Siyəzən rayon Polis Şöbəsinin əməkdaşları dəvət olunub və avtomobil Şöbəyə təhvil verilib.
Lent.az-ın məlumatına görə, hadisə ilə bağlı bu gün İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi (polisin qanuni tələbinə tabe olmama) ilə iş başlanılıb və Siyəzən rayon Məhkəməsinə göndərilib. Məhkəmə ən yaxşı halda avtomobilin sürücüsünü cərimə edərək buraxacaq. Əks halda F.Azayevi bir neçə sutkalıq da olsa həbs cəzası gözləyir.
Qeyd edək ki, Rəqsanənin prodüseri Təranə Səmədova onların avtomobilinin saxlanmasının kimlərinsə sifarişi olduğunu bildirmişdi. Hadisə isə müğənni Dərbənddəki toydan qayıdarkən baş verib.
Nizam RZA

1212