Bakıdakı əfsanə toyun müəmmalı pərdə arxası
18 aprel 2011 15:38 (UTC +04:00)

Bakıdakı əfsanə toyun müəmmalı pərdə arxası

Aprelin 16-da Bakıda Azərbaycanın tanınmış iş adamlarından birinin toy mərasimi keçirilib.

Lent.az-a daxil olan məlumata görə, toy mərasimində 1000 nəfərdən çox qonaq iştirak edib. Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarından Telman İsmayılov və Mübariz Mənsimov da bu sırada olub. Mərasimdə təhlükəsizliyini xüsusi dəvət edilmiş mühafizə xidmətinin çoxsaylı əməkdaşları təmin edib. Hətta toyun foto və videoçəkilişi də mühafizəçilərin nəzarətində aparılıb.

Qeyd edək ki, mətbuatda bu mərasimə Ledi Qaqa, Şakira, Özcan Dəniz və Tarkan kimi məşhur ulduzların qatılacağı barədə məlumatlar yayılsa da, onların heç biri məclisdə görünməyib. Adı çəkilən sənətçilərin mərasimə gəlməmələrinin səbəbləri məlum deyil.

Xalq artisti Aygün Kazımovanın da bu toyda iştirak etmədiyi bildirilir. Azərbaycanlı sənətçilər Brilliant Dadaşova, Röya, Abbas, Murad Dadaşov toyda olublar. Maraqlı faktlardan biri də budur ki, Röya həmin gün Dərbənddə toyda olmalı imiş. Lakin iş adamının məclisində iştiraka dəvət aldığı üçün o əvvəlki toydan imtina edib.

Əcnəbi qonaqlar arasında müğənnilər Dima Bilan və Hadisənin toyda çıxış etdikləri deyilir. Başqa bir mənbə isə Dərbəndin populyar müğənnilərindən birinin həmin toyda iştirak etdiyini bildirib.

Xalidə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 890

Oxşar yazılar

Kıvanç Tatlıtuğ yeni serialla  ekranlara qayıdır

Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır

5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan  sənətçilər

Konsertdən zəngin olan sənətçilər

5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu

Ən reytinqli serialin ulduzu soyundu

4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik  sevgilisindən ayrıldı

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı

3 iyul 2025 , 18:01
Emre Altuğun  cəsur klipi   sosial mediada həyəcana səbəb oldu -  VİDEO

Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO

3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO

Günayın yay keyfi - VİDEO

3 iyul 2025 , 12:03
Emin Ağalarov

Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi

3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

2 iyul 2025 , 16:39