Müğənni Rəqsanə DYP postunda dava saldı
18 aprel 2011 12:37 (UTC +04:00)

Müğənni Rəqsanə DYP postunda dava saldı

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə aprelin 17-də axşam saat 19.00 radələrində Quba-Bakı yolunda yerləşən Zarat postu yaxınlığında qeydə alınıb.

Məlumata görə, DYP əməkdaşları Faiq Azayevin idarə etdiyi “Mercedes” markalı, 10 EH 011 dövlət nömrə nişanlı avtomobili radara düşdüyü üçün (165 km/saat) saxlayıblar. Bu zaman sürücü avtomobilə yaxınlaşaraq sənədləri tələb edən polisə etirazını bildirib və kobud rəftar edib. Polis əməkdaşı sürücünü müvafiq sənədləşmə aparmaq üçün posta dəvət edib. Posta daxil olan sürücü və onun yanında olan sərnişinlər – müğənni R. İsmayılova, onun rəfiqəsi Təranə Səmədova polis əməkdaşları ilə mübahisə etməyə başlayıblar. Bundan başqa hər üç şəxs onları intizama dəvət edən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr səsləndirib və müqavimət göstəriblər.

Avtomobilə baxış keçirilərkən maşında əlavə avadanlıqların olduğu və şüşələrə qara plyonka yapışdırıldığı da müəyyən edilib.

Hazırda baş vermiş insidentlə bağlı araşdırmalar davam etdirilir.

Onu da əlavə edək ki, müğənni R. İsmayılova Dağıstanın Dərbənd şəhərindən toy mərasimindən qayıdırmış.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1185

Oxşar yazılar