Bakıda əfsanəvi toy: dünya ulduzları, karnaval...
16 aprel 2011 14:29 (UTC +04:00)

Bakıda əfsanəvi toy: dünya ulduzları, karnaval...

Bu gün tanınmış bir neçə dünya ulduzunun Bakıya gəlişi barədə məlumat almışıq. Lent.az-a daxil olan məlumata görə, amerikalı məşhur müğənni Ledi Qaqa və türkiyəli müğənni Tarkanı Bakıya məşhur azərbaycanlı iş adamı Telman İsmayılov dəvət edib. Bundan başqa, Eros Ramazotti, Rusiyadan məşhur qızlar qrupu da azərbaycanlı milyonerin dəvətlisi olaraq paytaxta gələcəklər.

Türkiyəli müğənnilər Hadisə Açıkgöz və Özcan Dəniz də bu gün Bakıya gələcək.

Sənətçilər Bakı səfəri üçün müxtəlif şərtlər irəli sürüblər. Onların ən kaprizlisinin isə Ledi Qaqa olduğu iddia olunub. Onun Bakıya gəlişinin iş adamına çox bahaya başa gəldiyi bildirilir.

Bakıdakı “Meridian” oteli dünəndən etibarən dünya ulduzları üçün hazır vəziyyətə gətirilib. Onların gəlişindən bir gün əvvəl Bakıya təşrif buyurmuş müğənnilərin prodüserləri artıq oteldə yerləşdirilib.

Bəzi məlumatlara görə, dünya ulduzları Bakıda azərbaycanlı iş adamının toy mərasimində iştirak etmək üçün gəliblər. T. İsmayılov müğənniləri məhz yaxın dostunun şad gününə dəvət edib.

Xəbərə görə, toyda Azərbaycan müğənnilərindən Brilliant Dadaşova, Aygün Kazımova, Röya Ayxan, Abbas Bağırov və Ramal İsrafilov iştirak edəcəklər.

Toyu isə məşhur şoumen Murad Dadaşov aparacaq. Proqrama əsasən, tanınmış müğənnilər eyni masada əyləşəcəklər. Çıxışları isə maksimum 20 dəqiqəlik həddi aşmayacaq.

Toy karnaval atmosferində olacaq.

Xalidə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1253

Oxşar yazılar