Müğənni-menecer qalmaqalı böyüyür
15 aprel 2011 17:15 (UTC +04:00)

Müğənni-menecer qalmaqalı böyüyür

Müğənni Samir Bağırovla sabiq meneceri Samir Əliyev arasındakı qalmaqal getdikcə böyüyür.


S.Əliyev adaşının onun haqqında dediyi “Samir Əliyev mənimlə tanış olanda klouna bənzəyirdi” sözlərinə cavab verib. Menecer Lent.az-a açıqlamasında vaxtilə dostluq və əməkdaşlıq etdiyi müğənninin söylədiklərini böhtan adlandırıb: “Məni maraqlandıran odur ki, jurnalistlər niyə susurlar? Niyə demirlər ki, indiyədək hər yerdə mətbuatı qarşısına Samir Bağırovun əvəzinə Samir Əliyev çıxıb. Samir Bağırovu 2004-cü ildə tanımışam. 2002-ci ildə artıq Röya Ayxanla işləyirdim. Daha sonra kanallarla əməkdaşlığım başladı və sonra Samir Bağırovla işlədim”.


S.Əliyev deyib ki, həmin vaxt S.Bağırov stilist Balaşdan ayrılıb və onunla işləməyə başlayıb: “Mənə zəng vurdu, “ancaq “ukladka” üçün bizə gəl” dedi. Sonra klip çəkilişində imici üçün mənə müraciət etdi və beləliklə münasibətimiz yarandı. Bu insan tək idi, məndən başqa heç kimi yox idi. Sənətimi kənara qoyub onunla işləməyə başladım”.


Samir Əliyev müğənninin ikinci dəfə sənətə qayıtmasında rol oynadığını deyib: “Heç nə demirəm, Rəhim Rəhimlidən soruşun, “Son yarpaq” mahnısı neçə günə hazırlanıb? Onu ikinci dəfə zorla səhnəyə gətirdim. Bütün qüvvəmi, ətrafdakı insanları səfərbər edib, onu ekrana qaytardım. İndiyədək Samirin borclarını ödəyirəm. Məgər mənim öz problemim azdır? Bəsdir, getsin öz həyatını yaşasın. Barışmayacağam onunla! Məni mətbuatda prodüser, menecer kimi yox, stilist Samir Əliyev kimi tanıyırlar!”

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763

Oxşar yazılar