Anna Kurnikova Enrike İqlesiasla evlənib
14 aprel 2011 19:40 (UTC +04:00)

Anna Kurnikova Enrike İqlesiasla evlənib

Lent.az-ın məlumatına görə, ispaniyalı estrada ulduzu konsert zamanı ailə sirlərini fanatları ilə bölüşüb.

İqlesiası buna səhnədəcə butulkanın boğazından içdiyi rus arağı vadar edib. 35 yaşlı müğənni “Mən Rusiyanın sağlığına içirəm. Çünki artıq 9 ildir ki, yarı rus, yarı ispaniyalıyam. Həyat yoldaşım və nənəm rusdur. Mən Rusiyanı sevirəm” deyərək, məşhur tennisçi Anna Kurnikova ilə evliliyinə işarə vurub.

Sonra o, səhnəyə tamaşaçılar arasından 3 nəfər dəvət edib. İqlesias moskvalı qız və daşkəndli oğlanlarla əvvəlcə araq, sonra isə viski içib. Oğlanlardan biri səhnədə qalıb və məşhur müğənni ilə birgə bir neçə hit mahnı oxuyub. Özbək Uluqbekin ifasından razı qalan ispaniyalı ulduz ona öz heyətində bek-vokalçılıq təklif edib.

Ardından İqlesias bütün zalı içkiyə öyrəşdirməyə davam edib. Onun sərxoş çənəsi altına adi mühafizəçi düşüb. “Mənimlə iç. Mən deyirəm: “Sənə içmək olar”. Xahiş edirəm, etiraz etmə. Haydı, mənim sağlığıma!” söyləyən müğənni viskini mühafizəçinin boğazına töküb.

Belə möhtəşəm şoudan sonra tamaşaçılarda əminlik yaranıb ki, İqlesias onların öz adamlarıdır. Ona özünü evindəki kimi hiss etməyə tərəfdarlarının isti münasibətindən əlavə, Anna Kurnikovanın anası və nənəsi şərait yaradıb. Nənənin də adı Annadır. O, müğənniyə gül dəstəsi verərkən həyəcandan yerə yıxılıb. Lakin İqlesiasın xoş sözləri Anna Pavlovnanı xoşagəlməz vəziyyəti unutmağa vadar edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1160

Oxşar yazılar