“Sürüşdü birdən-birə, dəydi... yerə” –  - FOTO
14 aprel 2011 04:12 (UTC +04:00)

“Sürüşdü birdən-birə, dəydi... yerə” – - FOTO

Lent.az-ın “The Daily Telegraph”a istinadən verdiyi məlumata görə, uğursuz tryuk həyata keçirən müğənni... yumşaq yeri üstə dəyib.

Yenə də açıq-saçıq geyimdə olan Lady Gaga dikdaban uzunboğaz çəkmədə royalın üstünə çıxıb. Mahnının birinci kupletini oxuyandan sonra ayağını stulun üstünə qoyaraq yerə düşmək istəyib. Amma stul yıxılıb və müğənni də royalın üstündən arxası üstə yerə aşıb.

Maraqlıdır ki, Lady Gaga özünü o yerə qoymayıb, uzandığı yerdəcə mahnısını davam etdirib. Buna baxmayaraq, zədəsiz ötüşməyib. Konsertdən sonra tibbi yardım üçün müraciət edən müğənniyə ağrıkəsici iynə vurulub, beli isə elastik bintlə bağlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1492

Oxşar yazılar