Müğənni Rəqsanənin qəza törətdiyi maşın kimindir?
Bu barədə Lent.az-a məlumat verən mənbə bildirib ki, həmin kişi Rəqsanənin özündən yaşca kiçikdir. Mənbə bildirib ki, hazırda qəza zamanı sükan arxasında Rəqsanənin olduğu bəlli olsa da, hələlik təhqiqatın hansı yerdə olduğu, müğənni ilə bağlı hansı tədbirlərin görüldüyü bilinmir.
Hadisənin şahidi olan şəxslərin Lent.az-a verdiyi məlumata görə, qəza baş verdiyi vaxt Rəqsanə ayıq olmayıb. Qəza baş verdikdən dərhal sonra o, hadisə yerindən qaçıb.
Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova Bakının Heydər Əliyev prospektində idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobillə qəza törədib.
Onun idarə etdiyi avtomobilin başqa bir avtomobillə toqquşması nəticəsində zəncirvari qəza baş verib və daha iki avtomobil də zədələnib.
Avtomobillərdən birinin sərnişini xəsarət aldığı üçün dərhal xəstəxanaya yerləşdirilib.
Rəqsanə özü isə aprelin 11-də səhər saatlarında evindən polisə aparılıb.
Yeri gəlmişkən, bir müddət əvvəl Rəqsanə səhhətində ciddi problem yarandığı, başında şişi tapıldığı barədə məlumat yaymışdı. Həmin vaxt gah Türkiyədə əməliyyat olunacağını, gah ordakı həkimlərə etibar etmədiyini və İrana gedəcəyini deyən müğənnini Lent.az Dubayda tapmışdı. Yaxınlarının dediklərinə əsasən, bu dəfə Rəqsanənin başında şiş yox, “maye yığıntısı” olduğu üzə çıxmışdı...
Bundan dərhal sonra isə Rəqsanə İsmayılova Bakıda peyda oldu, toylarda, efirlərdə öz əvvəlki aktivliyi ilə yaradıcılığını və hay-küyünü davam etdirməyə başladı. Səhhətinin belə ağır olmalı olduğu (öz dediklərinə əsasən) bir zamanda onun Bakının ortasında, başqasının (amma o qədər də başqası deyilmiş...) maşını ilə qəza törətməsi, bu zaman ayıq vəziyyətdə olmaması, sonra da hadisə yerindən qaçmağı bacarması təəccüblü görünür.
Biz müğənninin səhhətindən narahat olduğumuz üçün onu arayıb, durumu öyrənmək istəsək də, telefonlarımıza cavab verən, ən adi bir açıqlamanı qıyan tapılmadı...
Xalidə

1884