Moldovanın “Eurovison-2011” təmsilçiləri Bakıda
Moldovanı bu il “Eurovision-2011” mahnı müsabiqəsində təmsil edəcək “Zdop Şi Zdub” qrupu Bakıdadır.
Lent.az-ın məlumatına görə, qrup üzvləri bu gün İctimai Televiziyada mətbuat nümayəndələri ilə görüşüblər. Qrup üzvləri deyiblər ki, Bakıya dünən gəliblər: “İlk dəfədir ki, Bakıya səfər edirik. Lakin Moldovada Bakının köhnə dostları, Sovetlər İttifaqında ölkənizi ziyarət edənlər həvəslə bizdən Bakıya gəlməyimizlə bağlı suallar verirdilər. Bu gün səhər İTV-nin qonağı olduq. Türkiyə ilə telekörpünü izlədik. Yeri gəlmişkən, bu gün axşam Türkiyəyə yola düşürük”.
Təmsilçilər onu da qeyd ediblər ki, Qərb üslublu mahnılarına etnik-folklor elementləri daxil ediblər: “Almaniyalı musiqiçilərlə əməkdaşlıq edirik. Biz onlara təkliflərimizi verdik, etnik-folklor elementləri, milli kuşmamızı, musiqi alətlərimizi təqdim etdik. Nəticədə ortaya çıxdı ki, heç də pis musiqiçi deyilik”.
“Zdop Şi Zdub” qrupu bir neçə il öncə “Eurovision” müsabiqəsində iştirak etdiklərini, 6-cı yerə layiq görüldüklərini deyib: “Biz müsabiqədə bir neçə il öncə iştirak etmişik. Bu il qrupların iştirakı dəb olub. Biz müsabiqəyə karnaval-şou kimi baxırıq, “Eurovision” çoxsaylı xalqların iştirak etdiyi mahnı bayramıdır”.
Moldovanın təmsilçisi “Zdop Şi Zdub” qrupu yarışmada “So lucky” mahnısını ifa edəcək.
Lalə Yusifqızı

Oxşar yazılar

Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33
Ben Afflek Cennifer Lopezin yeni eşqinə sərt XƏBƏRDARLIQ
10 iyul 2025 , 10:58