“Cocuqlar duymasın”ın məşhur simasına 5 il 2 ay həbs cəzası!
04 aprel 2011 19:08 (UTC +04:00)

“Cocuqlar duymasın”ın məşhur simasına 5 il 2 ay həbs cəzası!

Türkiyə Apelyasiya Cəza Məhkəməsi “Cocuqlar duymasın” teleserialında Səyyar Təyyar obrazı ilə məşhurlaşan Emin Gümüşkaya ilə bağlı hökm verib.

Lent.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Bursa Dövlət Teatrının sabiq müdiri Emin Gümüşkaya, Dövlət Teatrlarının sabiq müdiri Rəhmi Dilligil, İdarə Müdir vəkili Hasan Acarla bağlı qərar Apelyasiya Məhkəməsi tərəfindən təsdiqlənib.

Emin Gümüşkaya və Hasan Acar 5 il 2 ay azadlıqdan məhrum edilib. Rəhmi Dilligil barədə öncəki məhkəmə instansiyasının çıxardığı 1 il 3 ay həbs cəzası isə təxirə salınıb.

Qeyd edək ki, 2001-ci ilin yanvar ayında Bursa Polis İdarəsi əməliyyat keçirib və o dönəmdə bu 3 şəxs də daxil olmaqla, teatrlarda müxtəlif vəzifələrdə çalışan 16 nəfəri saxlayıb. Onlar büdcə vəsaitlərini israf etməkdə, mənimsəməkdə günahlandırılıblar. Bursa Ağır Cəza Məhkəməsi Rahmi Dilligil, Emin Gümüşkaya və Hasan Acarı 3 il 1 ay azadlıqdan məhrum edib, 13 nəfər isə bəraət alıb.

Hər 3 şəxsin Apelyasiya Məhkəməsinə müraciəti isə nəticə verməyib, əksinə, aşağı məhkəmə instansiyasından hökmlərin ağırlaşdırılması tələb olunub. Apelyasiya Məhkəməsinin bu qərarından sonra Rəhmi Dilligil, Emin Gümüşkaya və Hasan Acarın Bursa Ağır Cəza Məhkəməsində mühakiməsi yenidən başlayıb. Bursa Pğır Cəza Məhkəməsi Emin Gümüşkaya və Hasan Acar barədə 5 il 2 ay 15 gün həbs hökmü çıxarıb. Eyni proseslə bağlı mühakimə olunan Rəhmi Dilligilə 1 il 3 ay həbs cəzası verərək, bu cəzanı təxirə salıb. Qərarın yenidən göndərildiyi Apelyasiya Məhkəməsi isə bu gün Bursa Ağır Cəza Məhkəməsinin qərarını təsdiqləyib. Bu isə “Cocuqlar duymasın”ın Səyyar Təyyarının həbsə gedəcəyi və teleserialda iştirakının dayanacağı deməkdir...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1243

Oxşar yazılar