Aygün Kazımova: “Siz bilmirsiniz e, nələr baş verir!”- MÜSAHİBƏ
Xalq artisti Aygün Kazımovanın qızı İlqarə İbrahimovanın qalmaqallı videogörüntüsü ilə bağlı qalmaqal səngimir. Aygün Kazımova bu gün mövzu ilə bağlı mətbuat konfransı keçirib. Konfransdan sonra isə Lent.az-ın suallarını cavablandırıb.
- Bu məsələdə mətbuat tərəfindən dəstək görməsəydiniz, ictimai qınağa səbəb olsaydınız, onda hansı addımı atacaqdınız?
- Bilmirəm. Belə şeylərdə adam bilmir nə edəcək. 22 ildir, səhnədəyəm və bilirəm ki, bu cür addımlar, belə vicdansız hərəkət qınağa səbəb ola bilməz.
- Sizinlə rəqabətdə olan, münasibətinizin yaxşı olmadığı şəxslərdən bu ərəfədə tərs fikir, qınaq eşitdiniz?
- Bəlkə də olub, fikir vermirəm. Belə addım mənim sənət dostlarımın işi deyil. Onlar o qədər də vicdansız deyil. Xeyr, kim məni istəmirsə belə, bu, onların işi deyil!
- Orxan üzr istəməyə hazırlaşır, Nicat və ailəsi üzr istəməməkdə israrlıdır. Üçüncü şəxs - Əyyub isə ümumiyyətlə hadisələrdən kənarda kimi görünür. Niyə?
- Hamısı üzr istəyəcək. Sadəcə, birinci addımı Orxan atır. İstəmirəm, bu söhbət uzansın. Bu, mənim həyatım deyil. Mən qızımla bərabərəm.
- Əgər bu qədər çətinliyi planlı şəkildə idarə edə bilirsinizsə, yəqin ki, məsələyə son qoyulandan sonra da atacağınız addımlar barədə artıq düşünmüsünüz. İlk addımınız nə olacaq?
- Yaxşılığa doğru bitsə, belə deyək, Allah yoluna gəlsələr, hər şey gözəl bitəcək. Mən sözümün ağasıyam. Belə qanun olmasa, qanun icad etdirəcəyəm. Elə bir qanun yoxdursa, mən o qanunu tapacağam. Ola bilməz, bu boyda şey cəzasız qalsın. Orxanlar, Nicatlar, Əyyublar öz cəzasını alacaq. İlqarələr müdafiə olunmalıdır.
- Əyyubun adı niyə az hallanır, onun ailəsinin kimliyi barəndə informasiyanız var?
- Elə bir informasiyam yoxdur. Hamısı ilə danışa bilmirəm. Çalışıram, valideynləri ilə danışam. İnanın, hamısı ilə bir-bir danışmaqdan artıq çənəm yorulub. Bir söhbət olan kimi, Əyyub, Nicat və Orxan arasında əlaqə yaranır.
- Məhkəmədə dəstək almasanız, hansı addımı atacaqsınız. Adətən belə anlarda deyirlər, Avropa məhkəməsinə qədər gedəcəyəm...
- Mən hara lazımdır, ora qədər gedəcəyəm. Son nəfəsimə qədər qızımın arxasında olacağam.
- Qarşı tərəf çox arxayın danışır və iddia edir ki, video oğurlanıb və başqası yayıb.
- Yəqin Londonda Britni Spirs görüb ki, İlqarə ona rəqib olacaq, ona görə videonu yayıb. Gülməlidir...
- Necə düşünürsünüz, məhkəmədə onların üzüağ çıxma ehtimalı var?
- Yox əlbəttə! Camaat onları öldürür! Siz bilmirsiniz e, nələr baş verir! İdmançılar, voleybolçular, boksçular zəng edir ki, bir dənə onların telefonunu verim. İlqarə bizim bacımızdır, onun qeyrəti, bizim qeyrətimiz. Onların vicdanlarının verəcəyi əziyyət özlərinə qədər deyil, balalarına qədər bəsdir. Dünyanın axırı doğrudan da yaxınlaşır!
- Azərbaycan mentalitetində belə məsələləri adətən sülh yolu ilə həll etmək kimi bir fikir yoxdur. Siz isə daha sivil və loyal addım atdınız.
- Əslində bu addımı onlar atmalı idi. Amma mən atdım. Haqsızlıq baş alıb gedir. Dəhşətdir, siz bilmirsiniz, nə bacarıram, onu danışıram. Elə xırdalıqlar var ki, kişilər arasında olan söhbəti açıqlamağı qadınlığıma sığışdırmıram. Nə puldan danışılır?! Torpaqlar-morpaqlar... görün, mən danışıram? Ağzımı açıb danışmaram, dedim, amma sözümü də çatdırdım...
- Bu məsələdə ən çox oğlanların ataları danışır. Niyə onların anaları ilə danışmırsınız, niyə onlar bu məsələdə səssizdirlər?
- Heç biri üzə çıxmır. Mən kişilərlə iş görürəm. Ağsaqqallar, ağbirçəklər valideynlər, əmilər... Görüşümə kişilər gəlir, görəsiniz... Amma hamı da “bəli” deyir, bu söhbətlərdə “ne prav”dılar.
- Bəs niyə qadınlarla danışmağa cəhd etmirsiniz? Axı, onların oğulları qadınla üz-üzə gəliblər. Qadınların yanaşması tam fərqli olmalıdır.
- Ana kimi desinlər də, mən nə deyirəm ki? Çıxmırlar. Əgər üzr istəməsələr, haqq tərəfdarları, İlqarənin vəziyyətində olanlar, camaat onları parçalayar!
Lalə Yusifqızı

Oxşar yazılar

Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17