“Nicatın atası dedi ki, üzr istəniləsi heç bir şey yoxdur”
04 aprel 2011 13:48 (UTC +04:00)

“Nicatın atası dedi ki, üzr istəniləsi heç bir şey yoxdur”

Müğənni Aygün Kazımovanın qızı İlqarə İbrahimova ilə bağlı qalmaqallı videoda görüntüsü olan Nicat Novruzov Bakıda yaşayır, atası Şahin Novruzov Zığda şərab zavodunun direktorudur.

Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün Aygün Kazımova keçirdiyi mətbuat konfransında söyləyib. Aygün Kazımova deyib ki, o, Şahin Novruzova zəng vurub, Şahin Novruzov da oğlu Nicatın 3 gün sonra üzr istəyəcəyini bildirib: “Ancaq 3 gün sonra mən Şahin Novruzova zəng edəndə dedi ki, burada üzr istəniləsi heç bir şey yoxdur”.


Aygün Kazımova qalmaqallı vidogörüntüdə üçüncü şəxs olan Eyyubun ailəsi barədə isə danışmaq istəməyib. Müğənninin sözlərinə görə, əsas günahkarlar Orxan Nəsirov və Nicat Novruzovdur: “Bu iki nəfər İlqarə ilə eyni sinifdə, Eyyub isə paralel oxuyur. Əlbəttə, Eyyub da üzr istəməlidir. Ancaq bizim üçün əsas Orxan və Nicatın üzr istəməsidir. Mən onlardan əl çəkməyəcəyəm”.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1555

Oxşar yazılar