Elnarə: “Deyim ki, istəmirəm, yalan olar”-MÜSAHİBƏ
03 aprel 2011 18:24 (UTC +04:00)

Elnarə: “Deyim ki, istəmirəm, yalan olar”-MÜSAHİBƏ

Bir müddət əvvəl üçüncü uşağı dünyaya gətirən müğənni Elnarə Xəlilova ANS-Press-ə müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir.

-Elnarə, üçüncü övladını dünyaya gətirmisən. Üç uşaqla özünü necə hiss edirsən?

- Üçuşaqlı ana kimi...

- Üçuşaqlı ana olmaq çətindir?

- Şikayət eləməyəcəm, amma asan deyil. Əlbəttə ki, çətindir.

- Burla Xatunla Tuğər Harun körpəyə necə münasibət bəsləyirlər?

- Hərəsi özü kimi. Biri qız xeylağı olduğundan instiktiv olaraq analıq və bacılıq hissləri baş qaldırıb. Qucağına götürmək istəyir, nə bilim istəyir yedirsin-içirsin.Təbii ki, biz buna icazə vermirik. Qaqaş da ki, özü kimi yanaşır balacaya. O da oğlan uşağıdır, həm də ilanboğan vaxtıdır. Əl vurmaq istəyir, “bəbə, bəbə”, “qaqa, qaqa” deyib öpür. Başa düşür ki, qardaşıdır. Amma onun körpəyə nələr edə biləcəyini təxmin etmək üçün onunla tanış olmaq lazımdır. Yəni, bir kukla kimi baxır uşağa, nə istəsə edə bilər. Hələ başa düşmür ki, canlı adamdır. Ona görə də qoruyuram.

- "Qaqaş"ın neçə yaşı var?

- Yaşyarımdır.

- O da çox balacadır. Səni balacaya qısqanmır?

- Yox,yox. Qısqanclıq hissləri, ümumiyyətlə, yoxdur. Onlar elə 9 ay qarnımı öpə-öpə gözləyiblər ki, qaqaşları olacaq.

- Demək istəyirsən, evə daha bir uşağın gələcəyinə və ana-atalarına şərik olacağına uşaqları əvvəlcədən hazırlamışdın?

- Bəli, amma hələ ki körpə olduqlarından qoruyuram ki, Allah uzaq eləsin, bir şey baş verməsin.

- İki uşaqla olanda həmişə deyirdin ki, qayınanan və qayınananın anası uşaqlara baxmaqda sənə yardımçı olurlar. İndi kim kömək edir sənə?

- Bu dəqiqə evdə uşaqlarla təkəm. Qaqaş yuxarıda yatıb, Burla aşağıda yanımdadır. Balaca da uşaq arabasında yatıb. ( Bu arada Rövşənin səsi eşidilir və Elnarə gülə-gülə deyir) Rövşən səsini çıxarır ki, yəni mən də varam. Təkəm deyəndə, lap tək-tənha deyiləm. Nənə də var evdə, Rövşən də bu dəqiqə evdədir, indi çıxıb gedəsidir. Evdə olanda çox əlimdən tutur. Belə desək, hələki özüm evdə olduğumdan uşaqlara özüm baxıram. Hələ ki, hər şey normaldır, siz deyən dəcəl uşaq deyil, sakitdir. Yeyir-yatır, məni bir o qədər incitmir.

- Elnarə, uşaqlar məndən xahiş ediblər ki, səndən “Qan”qrupuna nə vaxt qayıdacağını soruşum.

- ( Gülür...)

- Belə başa düşdüm ki, sualım yerinə düşmədi.

- Yəqin ki, qırx çıxandan sonra dəqiq bilərəm. Baxacam görüm özümü necə hiss edirəm. Çünki, bu uşağın dünyaya gəlişi əslində çətin oldu, heç də asan olmadı. Buna görə də özümü hələ də yaxşı hiss eləmirəm.

- Amma səni hələ ANS ÇM-dəki verilişin də gözləyir.

- Ehtiyat güc yığıram ki, birdən başlayanda yarı yolda qalmayım. Özüm də təbiətən elə insanam ki, alayarımçıq iş görməyi xoşlamıram. Əgər, hansısa işi boynuma götürürəmsə, özümü bütünlüklə o işə həsr edirəm. Özümü bildiyimə, xasiyyətimə yaxşı bələd olduğuma görə hələ ki, “zaryadka” yığıram.

- Elnarə, dördüncü uşaq istəyirsən? Müsahibələrində demişdin ki, Allah nə qədər uşaq versə, dünyaya gətirəcəm.

- Nə bilim... Əslində deyim ki, istəmirəm, yalan olar. Mən uşaq sevənəm. Köməyim olsa, əlimdən tutan olsa, baxanım olsa istəyərəm. Niyə istəmirəm ki... Mənim işimin adı elə uşaq doğub, uşağa baxmaqdır. Amma ki, hazırda yaxın zamanda səhhətim buna imkan verməz. Belə baxıram ki, yaxın 3 il ərzində də səhhətim bir o qədər imkan verməyəcək. Çünki, oğlanlar bir-birinin ardınca oldu, aralarındakı fasilə çox qısadır. Bədənim zəifləyib, özümü gümrah hiss eləmirəm.

- Əlbəttə ki, orqanizm özünə gəlməlidir...

- Həm fiziki, həm mənəvi cəhətdən özümə gəlməliyəm. Uşağın dünyaya gəlməsi özü bir stresdir. Körpənin yatması, durması, yeməsi, ağlamağı, ay nə bilim görəsən harası ağrayır, niyə belə oturdu, niyə belə durdu, niyə belə baxdı – bütün bunlar stresdir. Körpə böyüyənədək ana demək olar ki, hər an həyəcan keçirir. Buna görə də hələ özümü dördüncü uşağa hazır hiss eləmirəm.

- Körpə uşaqlı anaya ən birinci səbr lazımdır. Elnarə, sənə Allahdan səbr arzulayırıq.

- Amin, amin. Allah cümlə-cahanın balasını saxlasın!

Xatırladaq ki, müğənni Elnarə Xəlilova 2006-cı ildə teleaparıcı Rövşən Cahangirovla ailə həyatı qurub. Qızı Burla Xatun 2007-ci il iyunun 22-də, oğlu Tuğər Harun 2009-cu il oktyabrın 11-də, üçüncü övladı Öndər isə 2011-ci ilin 19 martında dünyaya gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356

Oxşar yazılar