“Aygün Kazımova o videoya görə məndən 150 min manat tələb edir” - FOTO
Bu sosial şəbəkələrdə yayılan videogörüntülərdə İlqarə İbrahimovanın 2 gəncin otağında onlarla söhbəti yer alıb. Söhbət zamanı gənclər ara-sıra biədəb sözlər dilə gətirirlər. Bu video yayılandan sonra A.Kazımova telekanallardan birində çıxış edərək qızının həmsöhbətləri olmuş gənclərin ünvanına təhqiramiz ifadələr işlədib.
var.az saytı yazıb ki, İlqarə İbrahimovanın videosunun müəllifi Orxan Nəsirov xalq artisti Zeynəb Xanlarovanın bacısı nəvəsidir. 20 yaşı olan Orxan Nəsirov 3 il əvvəl telekanallardan birində yayımlanan meyxana yarışmasında iştirak edən meyxanaçı Vahid Qədimə “VAZ- 2107” markalı maşın və “qızıl nömrə” bağışlayıb. Hədiyyə canlı yayımda o vaxt 17 yaşı olan Orxan Nəsirov tərəfindən təqdim olunub. Şou aləminə ciddi maraq göstərən gəncin video materialı yayımlamaqda hansı məqsəd güddüyü isə yəqin ki, məhkəmədə araşdırılacaq. Çünki xalq artisti Aygün Kazımova faktla bağlı məhkəməyə müraciət edib.
Orxan Nəsirovun atası Daşqın Nəsirov “Yeni Müsavat”a videonun yayılması ilə bağlı şok məlumatlar verib. Nəsirov deyib ki, Aygün Kazımova bu video yayılandan sonra onların ailəsini şantaj etməyə başlayıb: “Aygün Kazımova yalan deyir. Dünən “İç xəbər”də yalandan deyir ki, mənim uşağım yetkinlik yaşına çatmadığı zaman çəkilib həmin video. Mənim oğlumla Aygünün qızı bir sinifdə oxuyublar. Həmin video 4 il əvvəl deyil, 2 il bundan qabaq – 2009-cu ildə çəkilib. Aygün Kazımova şəxsən mənə zəng edib 150 min manat pul tələb edib. Özü də pulu tək məndən yox, o biri valideynlərdən də tələb edir. Birindən 100 min manat istəyir. Martın 17-də zəng elədi, bir ana kimi mən onu dinlədim. O dedi ki, mən işi “milis”ə verəcəyəm. Elə söhbət əsasında dedi ki, mən səndən pul alacağam, 150 min, özü də manatla. Mən də ona cavab verdim ki, mənim nəinki özümdə, heç qohumlarımda da bu qədər pul yoxdur. Dedim ki, sizə 500, uzağı 1000 manat “hörmət” edə bilərəm. Bundan sonra Aygün Kazımova dedi ki, istər kriminalın əli ilə olsun, istərsə də dövlətin, sizlərdən istədiyim pulu alacağam. Dedim ki, Aygün xanım, bizə hədə-qorxu gəlməyin, biz kənd adamlarıyıq. Əgər oğlumun hərəkətində hər hansı bir cinayət xarakterli əməl varsa, gedib cəzasını çəkəcək. Bir sinifdə oxuyan uşaqlar olub, aralarında elə bir ciddi iş olmayıb. Bu məsələnin bu qədər şişirdilməsinin kimə lazım olduğunu mən bilmirəm. 2009-cu il yanvarın 10-da uşaqlar gediblər Londona, 30-da da geri qayıdıblar. Video da həmin tətil günlərində Londonda çəkilib. O vaxt onun qızının 19 yaşı olub. 19 yaşlı şəxs həddi-buluğa çatmamış şəxs hesab olunur məgər? Bizim uşaqlar onun qızından 1 yaş balacadırlar. “İç xəbər”də Aygün deyir ki, guya qızı uşaqları səhər yeməyinə çağırmaq üçün otağa gəlib. Birincisi, gecə saat 2 olub. Gecə saat 2-də də “zavtrak” olur? Bunu videodan da görmək olur. Pəncərələrdə havanın qaranlıq olduğu açıq-aydın görünür. Bir də ki, onun qızı uşaqların otağına gəlib. Burada elə bir qəbahətli iş yoxdur. Bir sinifdə oxuyan uşaqlardır, bir-biriləri ilə çox yaxşı mehriban münasibətləri olub. Mənim oğlum otaqda sinif yoldaşı Nicatı videoya çəkəndə Aygünün qızı otağa gəlib, deyib, gülüb, zarafatlaşıb oynayıblar. Burada qəbahətli iş yoxdur”.
Videonun yayılması ilə bağlı suala isə D.Nəsirov belə cavab verdi: “İstintaqçılar onu da tapdılar. Aygün Kazımova veribmiş kiməsə, kənar bir şəxsdir. O da deyib ki, Aygündən xoşum gəlmir deyə yaydım. 99 faiz özləri yayıblar. Bir insan ki, uşağına görə gəlib pul tələb edirsə, yəqin bu işi də özü qurub. Təsəvvür eləyin ki, hər gün kəndə gəlir (Türkan kəndini nəzərdə tutur-E.M), bizə hədə-qorxu gəlir, mən belə eləyəcəyəm, elə eləyəcəyəm. Uşağın üzünə kislota atdıracağam. Uşağa tapşırdım ki, ona baş qoşma. Mənim oğlum siqaret çəkmir, içki qəbul etmir, namaz qılır”.
D.Nəsirov oğlunun və videoda olan digər gənclərin Aygün Kazımovanın şikayəti əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılaraq 1 gün saxlanılması xəbərini də təsdiqlədi: “Apardılar, bir gün saxlayıb sorğu-sual etdilər. Məlum oldu ki, nə mənim oğlumun, nə də dostu Nicatın videonun yayılmasında heç bir günahları yoxdur və uşaqları buraxdılar. Əgər uşaqların günahı olsaydı, onları həmin idarədən buraxmazdılar. Uşaqları buraxandan sonra Aygün Kazımova bizə dedi ki, hansı yolla olursa-olsun, istədiyim pulu sizdən alacağam”.
"Yeni Müsavat"ın əməkdaşı deyilənlərlə bağlı fikirlərini öyrənmək üçün A.Kazımova ilə əlaqə yaratmağa çalışıb. Zəngə özünü müğənninin köməkçisi adlandıran bir kişi cavab verib. Həmin şəxs “Aygün xanım heç bir suala cavab verməyəcək” - deyə telefonu qapadı. Müğənninin digər köməkçisi Almaz Məmmədova isə Aygün Kazımovanın şəhərdə olmadığını dedi.
(yazı musavat.com saytından götürülüb)

3026