Qaraqan: “Yenə bizə satanist, dərviş, nə bilim, cadugər deyəcəklər...” - MÜSAHİBƏ
Aprelin 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında H.O.S.T qrupunun solisti Elxan Qaraqanın rejissorluğu ilə Azərbaycanda ilk Hip-Hop müzikl qurulacaq. Azərbaycanda ilk Hip-Hop tamaşa sayılan bu konsertlə bağlı Elxan Qaraqan Lent.az-ın suallarını cavablandırıb.
- Qarşıdan konsert gəlir, özünüzü necə hiss edirsiniz?
- Doğrudan çox həyəcanlı. Daha doğrusu məsuliyyətli. Çünki bu tip konsert hələ Azərbaycanda olmayıb ona görə bunun H.O.S.T.-çular və dinləyicilər tərəfindən necə qarşılanacağından çox qorxuram. Yenə üstümüzə satanist, dərviş, nə bilim, cadugər kimi adlar atacaqlar (gülür).
- Nə kimi yeniliklər olacaq bu konsertdə?
- Ümumiyyətlə, keçmiş konsertlərimizdən çox fərqlənəcək, çünki ilk dəfə olaraq Opera və Balet teatrında rep musiqisi və professional aktyorlar birləşəcək. Yəni bu nə musiqi olacaq, nə tamaşa, nə şeir... Buna müzikl adını vermək daha uyğun oldu.
- Müzikl dedikdə nəyi nəzərdə tutursunuz?
- Müzikl dünyada çox yayılmış janrdı, amma Azərbaycanda bu janra rast gəlməmişəm. Bu, musiqi və süjetin sintezindən əmələ gəlir. Yəni ki, gəlib konsertə ancaq mahnılara qulaq asmırsan, həm də nə isə bir ibrət götürürsən, nə isə bir yeni şey öyrənirsən, konsertin əvvəlindən sonuna kimi hansısa bir hadisə baş verir. Məncə, bu, Azərbaycan tamaşaçısı üçün maraqlı olar. Həm də klassik janrın, Opera və Balet Teatrı ilə küçə musiqisinin birləşməsi maraqlı bir mənzərə yaradacaq.
- Bu işi tək özünüz edirsiz?
- Əlbəttə, yox. Mən tək heç bu işin yarısını da görə bilməzdim. Ən çox dəstək olan birinci H.O.S.T. ailəsidi, yəni bu 4 ildə həmişə bizim yanımızda olan dostlarımız, daha sonra Pantomim teatrının aktyorları, Konservatoriyadan musiqiçilər, nə bilim balerinlər, dövlət xoru, uşaq xoru, mələklər, canlı piano, canlı violonçel... Yəni rep musiqisini ümumiyyətlə repdən çıxardıb tam yeni bir formata qaldırırıq. Bu konsert üzərində haradasa 100 nəfərlik komanda işləyir. İnanıram ki, təsirli bir şey olacaq.
- Sizin kütlə daha çox gənclərdən ibarətdir, bəs niyə opera zalı, niyə klub və ya diskoteka yox?
- Bu konsert o biri konsertlər kimi deyil. Bu ayaq üstü konsert deyil, bu əyləncə üçün nəzərdə tutulmayıb, çox təsirli bir şey olacaq. Hətta biletlərdə +18 yazmaq lazım idi yəqin ki. Həm də dinləyicilərimizin çoxu gənc olduğuna görə və Azərbaycanda yaşadığımıza görə bilirik ki, gənclərə tək konsertə gəlmək çətindir.
- Necə yəni, nə mənada?
- Bunu hər konsertdən sonrakı məktublarda mənə bildirirlər, Onlar gəlmək istəyir, amma evdən buraxmırlar. Bunu əxlaqsızlıq, tərbiyəsizlik kimi qəbul edir valideynlər. “Qız uşağı da konsertə gedər?” Qorxurlar ki, qızlarına nəsə olar. Amma hər səhər qızlarını metro ilə məktəbə göndərəndə heç ağıllarına da gəlmir ki, bəlkə metroda kimsə qızlarına əl vurar, ya söz atar. Elə valideynlər mənə çatmır. Ona görə bu konserti Böyük zalda eləyirəm ki, gənclər öz valideynləri ilə də gələ bilsin. Heç bir bəhanələri qalmasın. Orta yaşlı adamlar da bu konsertdən zövq ala biləcək.
- Min nəfərlik opera zalını doldura biləcəksiniz mi? Sizcə, buna hazırsız?
- Mən hazıram, amma görək camaat hazırdımı? “Bu şəhərdə”, Üzeyir və Pirşağılı Mamed kimi sənətçilər çox böyük zalları doldura bilir. Deməli, konsertə gedən camaat var. Amma maraqlıdı ki, bu millətə daha çox nə lazımdı, klassik musiqi, lirika və fəlsəfə, yoxsa Pirşağılı Mamed?
Amma bir şeyi də əlavə edim ki, bütün Bakının elitası bu konsertə gələcək. Yəni ki, ən tanınmış aktyorlar, müğənnilər, yazıçılar, tanıdığımız simaların çoxu həmin gün konsertdədi. Lakin bütün məşhurlar bu dəfə sadəcə dinləyici kimi iştirak edəcəklər.
- Niyə məhz “Mənim qaranlığım”?
- İndiyə kimi H.O.S.T.-un mövzularında və daha çox mənim yazdığım treklərdə daha çox qaranlıq, minor, qəmli mövzular olub. Yəni ki, bu insan ruhu ilə bağlı bir şeydi. Çox vaxt soruşurlar ki, niyə əvvəl bir mövzu yazırdın, indi başqa, ya əvvəl elə deyirdin indi belə. Sadəcə, insanlar anlamalıdı ki, şeir, incəsənət insanın ruhu və qəlbi ilə birbaşa bağlıdı. Əgər həyatımda pis şeylər baş verirsə, mən yaxşı bir şey yaza bilmərəm, əgər həyatımda yaxşı bir gün nə isə yazsam yalandan kədərlənə bilmərəm. Yəni ki, yazdıqlarım hər gün dəyişə bilər, axı biz insanıq, robot deyilik ki, 40 il eyni cümləni deyək. Elə insan ona görə ən üstün varlıqdır ki, səhv etməyi bacarır. Dəyişir və özünü tanıyır. “Mənim Qaranlığım” da məhz mənim əvvəlki ruh halım ilə indiki halıma keçidi göstərir. Yəni konsert ümumiyyətlə iki hissədən ibarət olacaq. 15 dəqiqəlik fasilə ilə “Mənim Qaranlığım” hissəsindən “İşıq” hissəsinə keçid olacaq. Və İşıq hissəsində tam yeni mahnılarla çıxış edəcəm.
- Ümumiyyətlə bu myüzikl hansı formatda olacaq?
- Pantomim aktyorları və fəlsəfi mahnılar və YYS şairlər məclisinin haşiyələri ilə olacaq. Konsert iki hissədən ibarətdir. Aralarında 15 dəqiqəlik fasilədə tamaşaçılar foyeyə dəvət olunacaq və orada furşet təşkil olunacaq. Daha sonra ikinci hissəyə keçid və ikinci hissənin başlaması ilə çox təsirli mahnılar və aktyor oyunları. Yəni, çalışırıq ki, camaatın tüklərini biz-biz edə bilək. Hərdən insanın ruhunun bu cür çətin həzm olunan mənəvi qidaya da ehtiyacı olur. Konsertlə bağlı əsas yenilik isə konsertə bir həftə qalmış açıqlanacaq. Məncə, dinləyicilərə ən çox elə o maraqlı olacaq.
- Bəs bu müziklın əsas mənası nədir?
- Azərbaycan dinləyicisinə yeni hisslər verə bilmək. İl boyu olan konsertlərə baxın. Hamısı elə eyni, bir-birinə oxşayan proqramlar. Bir-birinə oxşayan qlamur yığıncaqlar, partilər. Mən demirəm ki, onlar olmamalıdır, sadəcə insan hərdən yeni hisslər üçün açıq olmalıdır. Azərbaycan tamaşaçısı yeni mənzərələr görməlidir. Bilmirəm, yaxşı olacaq, yoxsa pis, amma yüz faiz yeni olacaq.

2590