
Müğənni Ramal evlənəcəyi vaxtı açıqlayıb
Lent.az-a açıqlamasında müğənni deyib ki, bəzi həmkarları reklam üçün ailə həyatı qururlar: “Fərqi yoxdur, kişi və ya qadın, evlənmək üçün insanda bir çox keyfiyyətin olması vacibdir. Bu keyfiyyətləri insan tək qarşı tərəfdə deyil, özündə də axtarmalıdır. Gərək, ailə qurmağa hazır olduğuma dəqiq əmin olam. Yaşıdlarım var ki, evləniblər, qısa müddət sonra ailələri dağılıb. Bax, onda insan başa düşə bilmir: bunlar reklam üçün ailə həyatı qururlar yoxsa, həqiqətən evlənirlər? Təbii ki, ayrılıq hamının başına gələ bilər. Lakin bizim şou-biznesdə bu artıq dəb halını alıb. Düşünürəm ki, reklam üçün ailə həyatı qurmaq düzgün deyil. Məhz bu məsələlərə görə, özümü evlənmək üçün hazır hiss etmirəm. Təbii ki, mən də evlənəcəyəm, amma hələ tezdir. Mənim anam, atam var, onlara baxıram”.
Müğənni təxminən evlənəcəyi vaxtı açıqlayıb: “Evlənməyi isə təxminən 30 yaşıma planlaşdırmışam. Amma yenə də qismət Allahdandır. Nəyin, nə vaxt və harada baş verəcəyini Allahdan başqa heç kim bilə bilməz. Bu sözləri özüm daxil olmaqla hamıya şamil etmək olar”.
Lalə
Müğənni təxminən evlənəcəyi vaxtı açıqlayıb: “Evlənməyi isə təxminən 30 yaşıma planlaşdırmışam. Amma yenə də qismət Allahdandır. Nəyin, nə vaxt və harada baş verəcəyini Allahdan başqa heç kim bilə bilməz. Bu sözləri özüm daxil olmaqla hamıya şamil etmək olar”.
Lalə
Oxşar yazılar

Cennifer Lopesə səhnədə evlilik təklifi
18 iyul 2025 , 11:51
Hollivud ulduzlarının az tanınan istedadlı bacıları
18 iyul 2025 , 09:24
Hadisədən "qocaldın" şərhlərinə CAVAB: "Qorxuda bilməzsiniz"
17 iyul 2025 , 18:55
“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi
17 iyul 2025 , 18:28
"İki dəfə yıxıldım, səhhətimdə ciddi problemlər yarandı" - Aktrisa danışdı
17 iyul 2025 , 16:51
Tanınımış aparıcı AzTV-dən ayrıldı
17 iyul 2025 , 01:26
Bakı rusiyalı aparıcılardan imtina etdi - Murad Dadaşov aparacaq
16 iyul 2025 , 12:39